Xudafərin körpüləri

 

Abidələrimiz

 

Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən bu körpü Cəbrayıl rayonu ərazisində yerləşir. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrindəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü məlumdur. Onlardan birincisi "Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi, Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. H.Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də ehtimallar irəli sürənlər var.

Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.

 

Azərbaycan.- 2019.- 12 iyul.- S.11.