Azərbaycan-Böyük
Britaniya əlaqələrinin inkişaf perspektivləri
müzakirə olunub
İyulun 12-də Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət
Hacıyev və ölkəmizin Böyük Britaniyadakı səfiri
Tahir Tağızadə Britaniya parlamentində olublar.
AZƏRTAC xəbər verir ki,
parlamentdə keçirilən görüşdə Azərbaycanın
Leyborist dostları qrupunun sədri Lord Devid Evans, Britaniyada
nüfuzlu siyasi analitik Leonel Zetter, Azərbaycan-Böyük
Britaniya və Azərbaycan-Fransa parlamentlərarası əlaqələr
üzrə işçi qruplarının rəhbəri
Cavanşir Feyziyev iştirak ediblər.
Görüşdə parlamentlərarası
əlaqələrin inkişaf perspektivləri, Britaniyadakı
ictimai-siyasi vəziyyət, Brexit və Brexit-dən sonra Azərbaycanla
ikitərəfli əməkdaşlıq məsələləri
müzakirə olunub.
Azərbaycan.- 2019.-13 iyul.- S.2.