Azərbaycan regionda Fransanın əsas ticarət tərəfdaşıdır

 

İndiyədək iki ölkə iqtisadiyyatına qarşılıqlı olaraq 4,8 milyard dollardan çox investisiya yatırılıb

 

Azərbaycan təkcə regionun deyil, Avropanın iqtisadiyyatında da mühüm rol oynayır. Qədim qitənin fəal investorlarından sayılan Azərbaycan son illərdə Avropa İttifaqı ölkələrinə 20 milyard dollardan çox investisiya yatırıb. Avropanın əksər böyük dövlətinin investorları da Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar. Son 16 ildə ölkə iqtisadiyyatına yatırılan 250 milyard dollarlıq investisiyanın 125 milyard dolları, yəni 50 faizinin xarici investisiyaların payına düşməsi bunu bir daha təsdiqləyir.

Azərbaycanla Avropa İttifaqına üzv ölkələrin biznes sektorları arasında əlaqələrin səviyyəsinin yüksəldilməsi məqsədilə Bakıda birgə biznes forumlar təşkil olunur. Bu forumlar iqtisadi əlaqələrin daha da dərinləşməsinə şaxələndirilməsinə real zəmin yaradır.

İyulun 11-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun Fransa Sahibkarlar Təşkilatı - MEDEF-in təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumu da bu məqsədə xidmət edib. İki ölkə arasında ticarət investisiyaların stimullaşdırılmasını şərtləndirən forumda Azərbaycan Fransa rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, tikinti, nəqliyyat, logistika, İKT, enerji, maliyyə, təhsil, turizm, ticarət, ətraf mühit, konsaltinq sair sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib. Forumda adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi yeni əlaqələrin qurulması barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında Azərbaycan-Fransa əlaqələrinin inkişaf etdiyini, Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə səfərdə olan Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul etmələrinin ölkələrimiz arasında əlaqələrə verilən böyük önəmin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri barədə məlumat verən nazir bildirib ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyil ki, ötən il Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşüb. Bu ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 53 faizdən çox artıb. Xatırladaq ki, ötən il ticarət dövriyyəsi 624,7 milyon dollar təşkil edib.

Nazir qeyd edib ki, qarşılıqlı ticarət həcminin daha da artırılması, strukturunun şaxələndirilməsi, qeyri-neft məhsullarının Fransaya ixracının genişləndirilməsi üçün potensial böyükdür. Azərbaycanda sənaye, xidmət, rabitə, ticarət, bank sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak edib.

İnvestisiyalar sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Belə ki, Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırılıb.

İqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə əməkdaşlığın yeni inkişaf mərhələsində olduğunu deyən nazir bu istiqamətdə Heydər Əliyev Fondunun uğurlu fəaliyyətini vurğulayıb.

Şahin Mustafayev Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, ölkəmizin geniş tranzit potensialı, reallaşdırılan regional layihələr barədə məlumat verərək qeyd edib ki, ölkəmizin uğurları beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib. "Azərbaycan 2019 - Avropa İttifaqı Biznes Mühiti Hesabatı”nda Avropa İttifaqı şirkətlərinin 74 faizi cari makroiqtisadi vəziyyəti güclü qənaətbəxş, 90 faizi isə makroiqtisadi vəziyyətin perspektivlərini yaxşı sabit kimi qiymətləndiriblər. Avropa İttifaqının builki "Azərbaycan investisiya məkanı kimisorğusunda iştirak etmiş şirkətlərin 75 faizi "Azərbaycana yenidən investisiya qoyardınızmı?” sualına müsbət cavab verib, ölkəmizdəki təhlükəsizliyi, siyasi sosial sabitliyi yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3,3 faiz, Beynəlxalq Valyuta Fondu iqtisadiyyatımızın 3,4 faiz artacağını proqnozlaşdırır.

Nazir iki ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət investisiya, kiçik orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib, fransalı adamlarını bu imkanlardan yararlanmağa dəvət edib.

Fransa Sahibkarlar Təşkilatı - MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edərək vurğulayıb ki, Azərbaycandakı əlverişli biznes mühiti xarici investorlar üçün geniş imkanlar açır. Keçirilən biznes forumun əlaqələrin inkişafı üçün səmərəli platforma olduğunu bildirən Jofrua Ru de Beziö ölkəmizin cəlbedici turizm potensialını, bir sıra rəqabətqabiliyyətli məhsulların, xüsusilə yüksək keyfiyyətli şərab istehsalçısı olduğunu söyləyərək, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ölkəsinin mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

Qeyd edək ki, iyulun 10-da Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdə aparılan danışıqlar zamanı bəlli olmuşdu ki, 170 min şirkətin üzv olduğu MEDEF-in Azərbaycanda qeyri-neft sahəsində - informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi istiqamətlərdə əlaqələrin qurulmasında böyük marağı var.

Fransa öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyinədaxildir, dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-in 5 faizini dünya ticarətinin 6 faizini formalaşdırır. Avropada ümumi iqtisadi göstəricilərinə görə Almaniyadan sonra ikinci yerdədir. Azərbaycan kimi dinamik inkişaf edən iqtisadiyyata sahib olan bir ölkə ilə Fransa şirkətlərinin qarşılıqlı əməkdaşlığı da hər iki tərəfə uğur vəd edir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2019.- 13 iyul.- S.9.