Azərbaycan ilə Türkiyə həmkarlar
ittifaqlarını dostluq və əməkdaşlıq
münasibətləri birləşdirir
Bir millət, iki dövlət olaraq Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri həmkarlar ittifaqları sistemində də özünü göstərməkdədir. Dostluğumuzun davamlılığı və yaranmış qarşılıqlı inam iki ölkə həmkarlar ittifaqlarının və işçilərinin xeyrinə olmaqla yanaşı, sıx əlaqələrin qurulmasına xidmət edir. Həmkarlar ittifaqlarının nümayəndə heyətlərinin təşkilatların qurultaylarında qarşılıqlı iştirakları, onun rəhbərlərinin mütəmadi görüşləri bu dostluğu daha da gücləndirir.
Ölkə rəhbərləri - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında olan şəxsi dostluq münasibətləri hər iki ölkənin həmkarlar ittifaqlarının rəhbərləri arasında yaranmış dostluq və qardaşlıq əlaqələrinə də güclü təkan verir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, iyulun 10-da Türkiyənin paytaxtı Ankara şəhərində “Əmək, demokratiya, azadlıq, ədalət” şüarı ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi “Hak-iş” Həmkarlar İttifaqları Konfederasiyasının XIV qurultayında AHİK-in sədri, Milli Məclisin deputatı S.Möhbalıyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Qurultayda Rəcəb Tayyib Ərdoğanın Azərbaycan nümayəndə heyəti ilə, onun rəhbəri AHİK-in sədri Səttar Möhbalıyevlə səmimi görüşməsi bizim ölkələrin dostluq və qardaşlığının sübutunun bariz nümunəsidir.
Qurultayda
Səttar Möhbalıyev Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyası, Avropa Həmkarlar
İttifaqları Konfederasiyası, eyni zamanda, Türkiyənin digər həmkarlar
ittifaqları və Albaniya, Gürcüstan, Qazaxıstan həmkarlar
ittifaqlarının nümayəndə heyətlərinin rəhbərləri
ilə görüşlər keçirib.
Görüşlərdə həmin ölkələrin həmkarlar
ittifaqları ilə Azərbaycan həmkarlar ittifaqları
arasında ikitərəfli münasibətlərə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2019.-13 iyul.- S. 11.