“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun
iştırakçıları Heydər məscidini ziyarət
ediblər
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları Heydər məscidini ziyarət ediblər.
Aİİ-dən
AZƏRTAC-a bildirilib ki,
qonaqlara Qafqazın ən böyük
məscidi, dini ibadət müəssisəsi
haqqında məlumat verilib. Bildirilib ki, 2014-cü ilin dekabrında açılan məscid milli-mənəvi
irsə böyük diqqət və
qayğı ilə yanaşan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı
ilə inşa olunub,
12 min kvadratmetr sahəni
əhatə edir. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda
xüsusi daşlarla
üzlənib, ornamentlərin zənginliyi fasadda
arxitektura harmoniyası yaradıb, həmçinin
95 metr hündürlüyündə 4
minarə inşa olunub.
Məscidin daxili xüsusi bəzək elementləri ilə dizayn edilib, günbəzin
kənarlarına Quran ayələri həkk
olunub. Əlli beş metr ucalığında olan
baş günbəz, o
cümlədən hündürlüyü
35 metrə çatan ikinci
günbəz məscidə xüsusi
gözəllik verir.
Vurğulanıb ki, Prezident
İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində
saxlayıb, burada həyata keçirilən inşaat işlərinin
gedişi ilə yaxından maraqlanıb, mütəmadi gələrək
görülən işlərlə bağlı müvafiq
tapşırıqlarını verib, məscidin
açılışında ailəsi ilə bərabər
iştirak edib.
Qonaqlara, eyni zamanda, məsciddə
qılınan “Vəhdət” namazları barədə məlumat
verilib. Heydər məscidində “Vəhdət”
namazının ənənə halı aldığı, dini dözümsüzlüyün,
irqi ayrı-seçkiliyin və
islamofobiyanın geniş
yayıldığı müasir
dövrümüzdə bunun dünyaya həmrəylik və sülh mesajı olduğu
nəzərə çatdırılıb.
Azərbaycan.-
2019.- 14 iyul.- S.2.