Şəkili
Əməkdar müəllim: “UNESKO-nun qərarı
bütövlükdə Azərbaycan mədəniyyətinin
uğuru və qələbəsidir”
"Xan Sarayı ilə birgə
Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya
İrs Siyahısına daxil edilməsi çox mühüm və
tarixi bir qərardır. Bu, təkcə Şəkinin deyil,
bütövlükdə Azərbaycan mədəniyyətinin
böyük uğuru və qələbəsidir. Bu sözləri
AZƏRTAC-a Şəki şəhər 5 nömrəli tam orta
məktəbin direktoru, Əməkdar müəllim Filyar
İbrahimova deyib.
Xalqımızın adət-ənənələrinin,
mədəni irsinin qorunub saxlanması və dünyada
tanıdılması istiqamətində indiyədək
mühüm addımların atıldığını,
böyük uğurların əldə olunduğunu bildirən
məktəbin direktoru bu sahədə Prezident İlham
Əliyevin, həmçinin Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun prezidenti, UNESKO və ISESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın uzunmüddətli məqsədyönlü
fəaliyyətlərini xüsusi vurğulayıb. Filyar
İbrahimova deyib: "Mehriban xanımın yorulmaz fəaliyyətinin
nəticəsidir ki, hazırda Azərbaycanın bir sıra
maddi və mənəvi mədəniyyət abidələri
UNESKO tərəfindən bəşəriyyətin yüksək
dəyərləri kimi qorunur. Bakı şəhərinin
tarixi mərkəzi olan İçərişəhər
memarlıq kompleksi, həmçinin Qobustan Dövlət
Tarixi-Bədii Qoruğu da Ümumdünya İrs Siyahısına
salınıb. Eyni zamanda, Azərbaycanın aşıq sənətinin,
Novruz bayramının, tar ifaçılığı sənətinin,
Azərbaycan xalçasının, çövkən oyununun
UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil
edilməsi də məhz Birinci vitse-prezident Mehriban
Əliyevanın gərgin zəhmətinin nəticəsidir”.
Azərbaycan.- 2019.-14 iyul.- S.12.