“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Standartlaşdırma haqqındaAzərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. beş ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Standartlaşdırma haqqındaAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun 5.4-cü maddəsinə uyğun olaraq, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə fonduna daxil edilməsi, dəyişiklik edilməsi nəşri qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.4. həmin Qanunun 6.6-cı maddəsinə uyğun olaraq, milli standartlaşdırma proqramının formalaşdırılması onda dəyişiklik edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.5. həmin Qanunun 11.4-cü maddəsinə uyğun olaraq, standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.6. həmin Qanunun 13.3-cü maddəsinə uyğun olaraq, uyğunluq sertifikatının formasını, uyğunluq nişanından istifadə verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 14.5-ci maddəsinə uyğun olaraq, standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması mühafizəsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin Qanunun 16.7-ci maddəsinə uyğun olaraq, standartlaşdırma üzrə texniki komitələrin yaradılması fəaliyyətinin təşkili qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.9. həmin Qanunun 18.2-ci maddəsinə uyğun olaraq, beynəlxalq, regional, dövlətlərarası xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.10. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Standartlaşdırma haqqındaAzərbaycan Respublikası Qanununun 1.0.18-ci, 5.4-cü, 6.6-cı, 11.4-cü, 13.3-cü, 14.5-ci, 16.7-ci 18.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 5.4-cü, 6.6-cı, 11.4-cü, 13.3-cü, 14.5-ci, 16.7-ci 18.2-ci maddələrində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 1.0.18-ci maddəsində "orqan (qurum)” dedikdə "Azərbaycan Standartlaşdırma İnstitutupublik hüquqi şəxs nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Standartlaşdırma haqqındaAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. "Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı:

4.1. qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməsin;

4.2. qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən həmin Qanunun qüvvəyəminmə tarixi nəzərə alınsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il

 

Azərbaycan.- 2019.- 16 iyul.- S.3.