Birinci vitse-prezident Mehriban
Əliyeva:"Heydər Əliyev nailiyyətləri və qələbələri
Azərbaycanın tarixində və Azərbaycan
xalqının ürəyində əbədi yaşayacaq"
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə
sədaqətlə xidmət
etmişdir. Müasir Azərbaycan tarixinin
bütün səhifələrində,
istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə
onun silinməz izlərini görürük.
AZƏRTAC xəbər
verir ki, bu fikirlər Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində edilən
paylaşımda yer alıb.
Paylaşımda qeyd edilir ki,
Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın
tarixində və Azərbaycan xalqının
ürəyində əbədi
yaşayacaq və gələcək nəsillər
üçün mərdlik,
müdriklik və vətənpərvərlik nümunəsi
olacaqdır.
Azərbaycan.- 2019.-16 iyul.- S.1.