Türkiyə parlamentində 15 İyul - DemokratiyaMilli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib

 

Türkiyə Böyük Millət Məclisində 15 İyul - DemokratiyaMilli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən iclasda Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılovadan ibarət parlament heyəti təmsil edib.

Əvvəlcə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun çıxışı dinlənilib. FETÖ terror təşkilatının hərbi yolla həyata keçirdiyi çevriliş cəhdini xalqa və dövlətə qarşı xəyanət kimi dəyərləndirən TBMM-in Sədri əminliklə deyib ki, Türkiyə xalqı bundan sonra da dövlətini qorumaqinkişaf etdirmək üçün öz həmrəyliyini saxlayacaqdır.

Sonra parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri 15 İyul - DemokratiyaMilli Birlik Günü ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Azərbaycan heyəti Prezidentin Administrasiyasında keçirilən anım tədbirində, oradakı məsciddə şəhidlərə dua oxunuşunda, FETÖ-nün dövlət çevrilişinin acı nəticələrini əks etdirən Türkiyə parlamentində təşkil olunan fotoqalereyaya baxışda, həmçinin 2016-cı il iyulun 15-də dövlət çevrilişi cəhdi zamanı bombalanaraq dağıdılan Ankara Polis İdarəsinin yeni binasının açılışında iştirak edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Ankara Polis İdarəsinin yeni binasının açılışında çıxış edib.

 

Azərbaycan.- 2019.- 16 iyul.- S.3.