Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə
çağırılıb
İyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk”, - deyə nazirliyin məlumatında bildirilir.
Azərbaycan
Respublikasının Xarici İşlər
Nazirliyi bu insidentin araşdırılaraq müvafiq
tədbirlərin görülməsini və görülmüş
işlərə dair nazirliyin
məlumatlandırılmasını qarşı tərəfdən
tələb edib.
Azərbaycan.- 2019.-16 iyul.- S.3.