“ƏSA” yalnız qoltuq ağacı deyil

 

Əlillərdən ibarət istedadlıların yaratdığı teatr da belə adlanır

 

Həyat o zaman gözəl olur ki...

 

...Onların həyata bağlılığı isə tamamilə fərqlidir: fiziki qüsurlu ya hərəkət məhdudiyyətləri olsa da, düşüncələrində, dünyaya baxışlarında, hər anın qədrini bilmək anlamında. Əlillik insanın bacarıq qabiliyyətlərini reallaşdırması cəmiyyətə təqdim etməsi, özü ilə başqaları arasındakı imkan fərqini asanlıqla aradan qaldırması, hətta tam sağlam adamlardan daha üstün keyfiyyətə malik olduğunu təsdiqləməsi üçün səddə çevrilə bilməz. Onlar müxtəlif peşə sənət yollarında da bunu təsdiqləyirlər.

Əlilliyi olan aktyorlardan ibarət ilk inklüziv teatrın da fəaliyyət göstərməsini bura əlavə etsək, daha dolğun mənzərə yaratmış olardıq. Artıq səhnə sənətinin pərəstişkarlarının peşəkarlarının da rəğbətini qazanmış "ƏSA” teatrının yaradılmasından üç il ötür. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını bərpa etmək sürətləndirmək, peşəkar sənətkarlarla birgə fəaliyyətini təmin etmək, onların sosial ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə məşğul olmalarına həvəsləndirmək kimi məqsədlər "ƏSA” teatrının yaradılmasına səbəb olub.

 

Yeganə inklüziv teatr

 

Fəaliyyətə başlamasından çox keçməməsinə baxmayaraq, yeganə inklüziv teatr olan "ƏSA” uğurlu tamaşalarla çıxış edərək öz dəstxəti ilə ictimai rəğbət qazanıb.

Teatrın iki ilə yaxın fəaliyyəti müddətində fiziki məhdudiyyətli əlilliyi olmayan aktyorların iştirakı ilə dörd tamaşa ("Dumb”, "Yuxum”, "Adamlar siçanlar”, "Paris partladı”), bir performans hazırlanaraq fasilələrlə dəfələrlə nümayiş olunub.

"ƏSA” teatrı onu izləməyə gələn tamaşaçılara digər əlilliyi olanlara nəcib hisslər bəxş edərək, onlarda motivasiya yarada bilir. Eyni zamanda teatr fiziki sağlamlığını itirmişlərə ilham verməyi bacarır, onların həyata inamlarını, yaşayıb-yaratmaq hisslərini gücləndirir. Bu gənclərin fəaliyyəti cəmiyyətə, əsasən fiziki məhdudiyyətli şəxslərə əlilliyin qüsur ya son olmadığını, onların arzularının xəyallarının önünə keçə bilməyəcəyini sübut edib.

Oynadıqları hər tamaşa ilə insanların qəlbini fəth etməyi bacaran bu gənclər öz timsallarında digər əlilliyi olanlara həyatda yaşamaq uğrunda mübarizə aparmağı öyrədirlər. Gəlin onların bəziləri ilə yaxından tanış olaq: Coşqun Məmmədov 1988-ci ildə Rusiyanın Tomsk vilayətində anadan olub. 1994-cü ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. Dörd yaşında olarkən keçirdiyi xəstəliklə əlaqədar onda hərəkət məhdudiyyəti yaranıb. Lakin o, istəyindən əsla vaz keçməyib. 2017-ci ilin sentyabrından "ƏSA” teatrının kollektivinə qaynayıb-qarışıb. Əlil arabasında olmasına baxmayaraq, müxtəlif rəqs elementlərini bacarır. Orta təhsilli olsa da, ondakı aktyorluq məharəti heç peşəkarlıqdan geri qalmır. Teatrın "Adamlar siçanlar”, "Paris partladıtamaşalarında yaratdığı obrazlar yaddaqalan olub.

 

"ƏSA” Parisi partlatdı...

 

Teatrın aktyorları arasında Fərid Əliyev kimiləri az deyil. 1993-cü ildə Salyanda dünyaya göz açan Fərid orta məktəbi evdə təhsillə alıb. Serebral beyin iflici nəticəsində nitq qüsuru yaranan Fərid 2017-ci ildən bu kollektivin üzvünə çevrilib. Oynadığı "Yuxum”, "Adamlar siçanlar”, eləcə "Paris partladıtamaşalarında özünün aktyorluq məharətini təsdiqlədib.

İmran Lalayev qatar qəzasında hər iki ayağını itirib, lakin hərəkətində bu o qədər hiss olunmur. 1992-ci ildə Lənkəranda anadan olan Fərid Azərbaycan Memarlıq İnşaat Universiteti nəzdindəki İnşaat kollecində təhsil alıb. İmranın daxilindəki həyat eşqi ondakı aktyorluq qabiliyyətinə müsbət təsir göstərib. O, ilk növbədə tamaşaçını xarizmatik görünüşü ilə ələ almağı bacarır. Eyni zamanda Fərid özünəməxsus qabiliyyət istedadı ilə onu seyr edənləri ovsunlaya bilir. Onun "Adamlar siçanlarilə "Paris partladıtamaşalarında yaratdığı bir-birindən fərqli obrazlar da bunu təsdiqləyir.

"ƏSA”nın aktyorları arasında sevilən, seçilən, oynadığı tamaşalarda yadda qalmağa çalışan buna nail olanlardan söz düşəndə Günay Məmmədovanın adı ilk çəkilir. 1978-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2014-cü ildən uzun sürən xəstəlik nəticəsində görmə qabiliyyətini itirən Günay həyata bəsirət gözü ilə baxır. İctimai-Siyasi Universitetin məzunudur. Bundan sonra o, ikinci təhsil almaq qərarına gəlib fiziki məhdudiyyətli insanlara yardım göstərməsi üçün tibb bacısı peşəsinə yiyələnib. O, simasındakı məsumluqla yaratdığı obrazın daxili aləminin açılmasında məharətlə istifadə edir. Teatrda tamaşaya qoyulan "Adamlar siçanlar "Paris partladısəhnə əsərlərində unudulmaz sevilən obrazlar yaradıb.

Əlfidatlı Gülnar həyata nikbin baxışlı olsa da, fiziki cəhətdən qüsurlulardandır: serebral iflic onu da həmyaşıdlarından bir qədər uzaq salıb. Gülnar ixtisasca iqtisadçıdır, maliyyəçi peşəsinə yiyələnib. 1993-cü ildə Sumqayıtda anadan olan Gülnar "ƏSA”nın səhnəsində sanki heç böyüməyən bir uşaq saflığını təqdim edir. O, sanki özünün obrazını oynayır. "Adamlar siçanlar "Paris partladıtamaşalarındakı uğurları diqqətdən kənarda qalmayıb. Ötən il dövlət başçısı tərəfindən Prezident Mükafatına layiq görülüb.

Cəlilabad rayonunda 1991-ci ildə anadan olan Elşən Əsgərov da "ƏSA”da tanınan sevilən istedadlılardan biridir. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin məzunu olan Elşən 2004-cü ildə qəza nəticəsində sol gözünün görmə qabiliyyətini tamamilə itirsə , həyata baxışları, yaşamaq uğrunda mübarizəsi azalmayıb, əksinə, bir az da artıb. Peşəkarlığı ilə səhnə sənətini sevdirən aktyorlardan biri kimi, onun da yaratdığı obrazlar uzun müddət tamaşaçılarını öz təsiri altında saxlayır. "Yuxum”, "Adamlar siçanlar”, "Paris partladıtamaşalarında yaratdığı obrazların səmimiyyəti daha çox diqqəti cəlb edir ki, bu da əsl peşəkarlığın göstəricisidir.

 

Bir-iki kəlmə "ƏSA”nın Elvini haqqında

 

1996-cı ildə Bakıda anadan olan Elvin Mirzəyevi aktyor həmkarlarından fərqləndirən bəzi məqamlar var. O, Bakı Humanitar Kollecin Bədii yaradıcılıq fakültəsinə daxil olub. Anadangəlmə natamam osteogenezdən əziyyət çəkən bu gənc üçün aktyorluq sanki bir məqsəd idi. Ona görə 2016-cı ildən "ƏSA”ya gəlib. Səhnədəki dinamikliyi ilə tamaşaçıya enerji ötürməyi bacaran Elvin yaratdığı obrazlarda özünü sevdirir. Teatrın "Dumb”, "Yuxum”, "Adamlar siçanlartamaşalarında belə obrazları məharətlə yaradıb.

Söhbət ya anadangəlmə, yaxud da sonradan müxtəlif qəzalardan qazanılan əlilliklə bağlı fiziki sağlamlığında qüsur yaranan ölkə vətəndaşlarından, xüsusən uşaq gənclərdən gedir. Onların cəmiyyətə inteqrasiyasında dövlət hökumət tərəfindən qəbul edilən fərman, sərəncam, qanun qaydalardan başqa, ictimaiyyətin münasibətindən çox şey asılıdır. Maraqlıdır ki, onların həyata baxış fəlsəfələrinin fərqliliyi istedadlarının üzə çıxmasında mühüm amil hesab edilir. Kimdir onlar: hətta qızıl medala layiq görülən olimpiyaçı, rəssam, bəstəkar, şair, yazıçı, toxucu, musiqiçi...

Bir sözlə, onların arasında kimlər yoxdur ki? Hətta əlil arabasında peşəkarlar səviyyəsində çıxış edən həvəskar aktyorlar da...

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2019.-19 iyul.- S.5.