Bakıda idman bayramı

 

XV Avropa Gənclər Yay Olimpiya Festivalını

 

Avropanın idman paytaxtı Bakıda son 4 ildə keçirilən mötəbər yarışların həyəcanlı anlarının təsirindən hələ ayrıla bilməmişik. 2015-ci il iyun ayında qitənin bütün dünyanın diqqət mərkəzində olan, yüksək səviyyədə təşkili ilə hətta ən tələbkar mütəxəssisləri heyrətə gətirən I Avropa Oyunları böyük bayrama çevrilib idman hərəkatında yeni dövrün ilk səhifəsi kimi tarixdə özünə layiqli imic qazanıb.

Oyunların təşkili dünyanın, demək olar, hər yerində böyük rəğbətlə qarşılanmış, iştirakçıların tamaşaçıların qəlbində xoş hisslər oyatmışdı. Eyni fikirləri 2017-ci ildə keçirilən islam dünyasını bir araya gətirən IV İslam Həmrəyliyi Oyunları barədə demək olar.

İyulun 21-də Avropa növbəti dəfə Bakıda toplaşır. Paytaxtımız Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına evsahibliyi edəcək. Növbəti dəfə belə bir nüfuzlu turnirin ölkəmizə həvalə olunması Azərbaycana yüksək inamın, etibarın daha bir nümunəsidir.

Yeddi gün davam edəcək yarışa ümumilikdə 48 Avropa ölkəsindən 3600-dən çox idmançı texniki nümayəndə heyəti qatılacaq. 135 medal dəsti uğrunda, 12 arenada 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.

Mərkəzində "Bakı-2019”un loqosu əks olunmuş qızıl, gümüş bürünc medalların dizaynı Bakının irs mədəniyyətini, eləcə birlik dostluq konsepsiyasını birləşdirən təsvirlərə əsaslanır. Onun bir tərəfində od Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq abidələrindən olan Alov Qüllələri Heydər Əliyev Mərkəzinin görünüşü əks etdirilib. Medalın digər üzündə Avropa Olimpiya Komitəsinin emblemi əks olunub.

Müxtəlif ölkələrin media orqanları yarışın təşkilini gedişini şərh edəcək, atletlərin idman mütəxəssislərinin rəylərini öyrənəcəklər. Görülən hazırlıq işləri deməyə əsas verir ki, Bakının evsahibliyi edəcəyi Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı yüksək səviyyədə təşkil olunacaq. Çünki idmançıların ədalətli mübarizəsi üçün hər cür şərait yaradılıb.

Xatırladaq ki, Avropa Gənclər Festivalı ideyası gənclərə Olimpiya hərəkatını, dəyərlərini ideallarını öyrətmək, təbliğ etmək üçün Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülmüşdü. 14-18 yaşlılar arasında gənc avropalı idmançıları bir araya gətirən yarış ilk dəfə 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. İki ildə bir dəfə (cüt deyil, tək illərdə) - qışda yayda keçirilən Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. Festival digər qitələrdə keçirilən Asiya Gənclər Oyunları ya Panamerika Gənclər Oyunları kimi ənənəni Avropada davam etdirmək imkanı yaradır. Festivala evsahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən təsnifat mərhələsi olmadan iştirak etmək hüququ qazanır.

Onu da qeyd edək ki, Olimpiya oyunlarının bir çox ənənələri, mərasimləri ayinləri var. Hətta onların bir qismi ilə bağlı sirlər yalnız son məqamlarda açılır. Olimpiya məşəlinin yandırılması məhz belə ənənələrdəndir. Elə bu xüsusda Avropa Gənclərinin Yay Olimpiya Festivalının sayca 15-ci yarışının da məşəli cari ilin aprel ayında İtaliyanın paytaxtı Romada IX əsrdə dostluq qardaşlıq simvolu olaraq İmperator Avqust tərəfindən tikilmiş Ara Pasis muzeyində alovlandırılıb. Eyni zamanda festivalın simvolu sayılan "zeytun ağacıAzərbaycana təqdim olunub. Tədbirdə Azərbaycanın Gənclər İdman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev digər şəxslər iştirak ediblər.

Gənclər İdman naziri Azad Rəhimov tədbirdə qeyd etmişdi ki, 2018-ci ilin mayında Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında "Bakı-2019” Təşkilat Komitəsi yaradılıb: "Azərbaycan bütün dünyada sönməz odu, Yanar dağı ilə məşhurdur. Əbəs yerə ölkəmizi "Odlar diyarıadlandırmırlar. Bu gün Oyunların məşəlinin məhz bizə, Azərbaycana ötürülməsi idman alovunun daha da gur yanması, gənclərin ürəyində idmana olan sevgi məşəlinin daha da artması deməkdir. Bu gecə Oyunların məşəli qədim Romadan tarixi Bakıya - "Odlar diyarı”na gedəcək. Eyni zamanda qədim "zeytun ağacıda Bakıya aparılacaq. Bu ağac sülhün, dostluğun rəmzi olmaqla Avropa Gənclərinin Yay Olimpiya Festivalının dərin köklərini nümayiş etdirir”.

İrimiqyaslı idman tədbiri ölkələri insanları dostluq şəraitində bir araya gətirir. Qarşıdan gələn növbəti görüşü - Avropa Gənclərinin XV Yay Olimpiya Festivalını təşkil edən Bakı həm 14-18 yaşlı idmançılar arasında ünsiyyətin qurulacağı məkan olacaq. Tədbirin həm ev sahibi, həm iştirakçıları idman mübarizəsi ilə bərabər yeni dostluq tellərinin yaranacağı günləri səbirsizliklə gözləyirlər.

 

Elçin CƏFƏROV

 

Azərbaycan. - 2019.- 19 iyul.- S.5.