Azərbaycan ilə Səudiyyə Ərəbistanı
ədliyyə və məhkəmə orqanları
arasında əməkdaşlıq
üçün yaxşı
imkanlar var
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı
Krallığının Ədliyyə
naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin
başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Prezident İlham Əliyev ölkələrimizin
ədliyyə və məhkəmə orqanları
arasında əməkdaşlığın
genişləndirilməsi üçün
yaxşı imkanların
olduğunu dedi və Səudiyyə Ərəbistanı Krallığının
Ədliyyə naziri Vəlid bin Məhəmməd
Əl-Səmaaninin Azərbaycana
səfərinin bu əlaqələrin inkişafına
öz töhfəsini
verəcəyinə əminliyini
ifadə etdi. Xalqlarımız arasında münasibətlərə
toxunan Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı
Krallığından Azərbaycana
gələn turistlərin
sayının daim artmasını bu münasibətlərin yaxşı
göstəricisi kimi dəyərləndirdi.
Səudiyyə Ərəbistanı
Krallığının Ədliyyə
naziri Vəlid bin Məhəmməd Əl-Səmaani,
ilk növbədə, İki
Müqəddəs Ocağın
Xadimi, Səudiyyə Ərəbistanının Kralı
Salman bin Əbdüləziz
Al Səudun və Səudiyyə Ərəbistanı
Krallığının Vəliəhdi
Məhəmməd bin Salman
bin Əbdüləziz Al Səudun
salamlarını dövlətimizin
başçısına və
Azərbaycan xalqına
çatdırdı. Qonaq
vurğuladı ki, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Salman bin Əbdüləziz Al Səud
Azərbaycanla əlaqələrin
yüksək səviyyədə
olduğunu bildirib və bu əlaqələrin
daha da inkişaf
etdirilməsi əzmini
ifadə edib. Vəlid bin Məhəmməd
Əl-Səmaani paytaxtımızda
gördüyü inkişaf
proseslərinin dərin
təəssürat yaratdığını
qeyd etdi. O, Bakıda azərbaycanlı
həmkarları ilə
görüşlərin uğurla
keçdiyini, Azərbaycanın
ədliyyə sistemi sahəsində əldə
olunan yeniliklərin maraq doğurduğunu dedi.
Prezident İlham
Əliyev İki Müqəddəs Ocağın
Xadimi, Səudiyyə Ərəbistanının Kralı
Salman bin Əbdüləziz
Al Səudun və Vəliəhd Məhəmməd
bin Salman bin Əbdüləziz
Al Səudun salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının
Kralına və Vəliəhdinə çatdırmağı
xahiş etdi.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif
aspektləri müzakirə
edildi.
Azərbaycan.- 2019.- 20 iyul.- S.1.