Azərbaycan ilə ABŞ arasında əlaqələr
NATO proqramları çərçivəsində və ikitərəfli
əsasda qurulub
İyulun 19-da Azərbaycan Respublikasının
Müdafiə naziri,
general-polkovnik Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının
ölkəmizdəki səfiri
Örl Litzenberqer ilə görüşüb.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə general-polkovnik Zakir Həsənov Azərbaycan
ilə ABŞ arasında
əlaqələrin NATO proqramları
çərçivəsində və ikitərəfli əsasda qurulduğunu qeyd edərək hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində
əməkdaşlığın inkişafının vacibliyini
diqqətə çatdırıb.
Regiondakı hərbi-siyasi
vəziyyətə toxunan
nazir Ermənistanın
işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun
həmsədrlərinin Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı səylərinə baxmayaraq,
sülh danışıqlarının
rəsmi Yerevan tərəfindən
qəsdən yubadıldığını
vurğulayıb.
Ö.Litzenberqer də ABŞ-ın Azərbaycanın ərazi
bütövlüyünü tanıdığını və
ona hörmətlə
yanaşdığını qeyd edib. O, ölkəsinin
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinin tərəfdarı olduğunu,
bunun Cənubi Qafqaz regionunun inkişafının və
təhlükəsizliyinin təmin
edilməsi baxımından
vacibliyini bildirib.
Sonra regional və ikitərəfli əməkdaşlıq, Xəzər
dənizi və mühüm enerji infrastrukturunun təhlükəsizliyi,
kütləvi qırğın
silahlarının yayılmasına
qarşı mübarizə,
hər iki ölkənin hərbi təhsil üzrə mütəxəssislərinin qarşılıqlı
səfərləri, həmçinin
maraq doğuran bir sıra digər
məsələlər müzakirə
olunub.
Səfir Ö.Litzenberqer
ABŞ-ın Azərbaycana
yeni təyin olunan hərbi attaşesi, polkovnik Terri Həmriki Müdafiə nazirinə təqdim edib.
Nazir yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması
münasibətilə təbrik
edərək ölkələrimiz
arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində
gələcək fəaliyyətində
ona uğurlar arzulayıb.
Azərbaycan.- 2019.- 20 iyul.- S.2.