Şamaxı insanlara qucaq açır
İndi burada
kənd turizminə maraq göstərənlər daha
çoxdur
Ölkəmizin turizm potensialına görə seçilən bölgələri arasında Şamaxının öz yeri var. Bu məkan zəngin təbiətinə, biomüxtəlifliyin çoxluğuna, bir sözlə, mükəmməl flora və faunasına görə həmişə maraq dairəsində olub. Məkanın paytaxta ən yaxın məsafədə yerləşən turizm bölgəsi olması da onun cəlbediciliyini artırır. Təsadüfi deyil ki, 2018-ci il ərzində Şamaxı rayonunu ümumilikdə 119 min 300 nəfər turist ziyarət edib. Onlardan 38 min 800 nəfər əcnəbi və 80 min 500 nəfəri isə yerli turistlər olub.
Azərbaycan Respublikası Turizm Agentliyinin Şamaxı rayonu üzrə nümayəndəsi Taleh Məmmədov bildirdi ki, cari ilin əvvəlindən də bura gələnlər, görməli yerləri ziyarət edənlər az olmayıb. Təsadüfi deyil ki, 2019-cu ilin 4 ayı ərzində Şamaxıya gələn turistlərin sayı 21 min 608 nəfər təşkil edib. Onlardan 1482 nəfər əcnəbi və 20 min 126 nəfəri yerli turistlərdir.
Xarici ölkələrdən Şamaxıya gələn turistlər arasında Rusiya, BƏƏ, Türkiyə, İran, Asiya ölkələri, Fransa, Almaniya və MDB ölkələrinin vətəndaşları üstünlük təşkil edirlər.
Şamaxı rayonu ərazisində ümumilikdə 30 turist obyekti fəaliyyət
göstərir. Bunlardan 3-ü beşulduzlu hotel, 15-i istirahət
mərkəzi və
12-si restoranlardır. Onlardan əlavə
Şamaxıda son illərdə
kənd turizmi də çox inkişaf etməkdədir.
Bunun nəticəsidir ki, rayona gələn istər yerli, istərsə də xarici turistlərin bir hissəsi kənd evlərində qalmağa üstünlük
verirlər.
Turistlərin daha çox xoşladıqları və
qalmağa çalışdıqları
evlər Çuxuryurd,
Nağaraxana, Məlhəm
və Dəmirçi
kəndlərindədir. Bir məqamı
xüsusi olaraq qeyd etmək lazımdır ki, kənd turizmi anlayışı heç
də turistlərin ancaq kənd evlərində qalmaları
demək deyil. Hər bir evdə qalan
turistin yerli kənd təsərrüfatı
məhsullarından istifadə
etməsini və bu məhsulların necə ərsəyə gəlməsi prosesinin canlı şahidi olmasını da qeyd etmək lazımdır. Bura, eyni zamanda süd
sağımı və
ağartı məhsullarının
hazırlanması, müxtəlif
meyvələrin və
təbabətdə istifadə
olunan bitkilərin toplanması, ev
heyvanlarına və quşlarına qulluq və sair daxildir.
Artıq
bir çox kəndlərin sakinləri
kənd turizminin necə maraqlı və faydalı olduğunu bilirlər.
Burada həm kəndlinin göstərdiyi xidmət qarşılığında onun
maddi durumu yaxşılaşır, həm
də regiona gələn turistlər təbii mühitdən çox məmnun qalırlar.
Şamaxı rayonu ilin bütün
fəsillərində mülayim
iqlimə malikdir. Paralel olaraq
digər bölgələrlə
müqayisədə rütubətin
azlığı da bu yerin əhəmiyyətini
artırır. Ona görə
yay mövsümündən
əlavə olaraq turistlərin qışda da kənd evlərinə
maraqları azalmır.
Şamaxıya gələnlərin
maraq göstərdiyi və ziyarət etdikləri yerlər də az
deyil. Bunların arasında Cümə məscidi, Astrofizika Rəsədxanası, Dəmirçi
kəndi turizm komleksi, tarix diyarşunaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, Yeddi Günbəz abidəsi, Şahxəndan türbəsi,
Pir Mərdəkan xanəgahı, Gülüstan
qalası və Buğurd qalası xüsusilə qeyd edilməlidir.
Nəhayət, Şamaxıda
kənd turizmi ilə yerindəcə tanış olmaq şansı qazanırıq. Çuxuryurd kəndindəyik. Burada kənd turizmi üçün mükəmməl
infrastrukturun yaradıldığı
bir əraziyə daxil oluruq. Obyektin sahibi Bəxtiyar Əliyev deyir ki, əslən Gürcüstandandır. 45 il Bakı
şəhərində yaşayıb
və müxtəlif rəhbər vəzifələrdə
çalışıb. 60 yaşı tamam olduqdan sonra isə kəndə üz tutub və
məhz hazırda yaşadığı Çuxuryurdu
seçib.
Dediyinə görə, hazırkı
ərazidə kiçik
torpaq sahəsi götürüb və ailəsi üçün
yaşayış yeri
tikməyə qərar
verib. Öz evi hazır olandan sonra övladlarına
da yaxın ərazidə ev
tikməyə başlayıb.
Bu zaman kənddə turizmin inkişaf etdirilməsinə zərurət
yarandığını hiss edib. Beləliklə də, daha böyük
həvəslə iş
sahəsini genişləndirib.
Artıq məqsədinə
də nail olub. 4 ailənin eyni zamanda istirahəti üçün tam şəraiti
olan ev
hazırlayıb. Evlər 3 mənzildən
ibarət olmaqla istər yay, istərsə də qış mövsümündə
yaşamaq üçün
məqbuldur. Hər evdə
5 nəfər qala bilər. Hazırda daha böyük
ailələrin - 10 nəfərin
eyni zamanda dincəlməsi və uzun müddətə qalması üçün
də şərati olan evin tikintisini
tamamlamaq üzrədir.
Sahibkar burada dincələn insanların istifadəsi məqsədilə təbii
ərzaq məhsulları
da yetişdirir. Fərqli meyvə
və tərəvəzlər
indidən bol məhsulun olacağından
xəbər verir.
Bundan əlavə yaxınlıqda
yerləşən kafe
də B.Əliyevə
məxsusdur. Turistlər böyük
gölün olduğu
bu ictimai iaşə obyektinin xidmətindən də bəhrələnə və
hətta göldən
balıq da tuta bilərlər. Müştəri sarıdan sıxıntısı
da yoxdur. Evlər istiliklə təmin edildiyi üçün qışda da müştəriləri olur.
Əli SƏLİMOV
Azərbaycan.-
2019.- 20 iyul.- S.4.