Azərbaycan Respublikasının
İnzibati Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikasının
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının İnzibati
Prosessual Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 10, maddə 762, ¹ 12, maddə
973; 2010, ¹ 7, maddə 587; 2011, ¹ 6, maddə 485, ¹ 7, maddə
593; 2012, ¹ 5, maddə 410; 2013, ¹ 1, maddə 16, ¹ 11, maddə
1267; 2016, ¹ 1, maddə 12; 2017, ¹ 4, maddə 522, ¹ 5, maddə
752, ¹ 11, maddə 1976; 2018, ¹ 5, maddələr 855, 878, ¹ 7 (I kitab),
maddə 1440; 2019, ¹ 1, maddə
23) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 2.1-ci maddədə
"inzibati-iqtisadi məhkəmələr
və inzibati-iqtisadi kollegiyalar” sözləri
"inzibati məhkəmələr
və inzibati kollegiyalar” sözləri ilə əvəz edilsin;
1.2. 3-cü maddənin
adında, 3.5-ci maddədə,
5-ci maddənin adında
və mətnində,
6-cı maddənin adında
və mətnində,
8.6-cı maddənin birinci
cümləsində, 81.1-ci maddənin birinci cümləsində, 86.3-cü maddədə
"İnzibati-iqtisadi” sözləri
"İnzibati” sözü
ilə əvəz edilsin;
1.3. 3.1-ci maddədə,
3.2-ci maddənin birinci
cümləsində, 3.3-cü, 3.6-cı maddələrdə, 8.6-cı maddənin
birinci və ikinci cümlələrində,
81.1-ci maddənin ikinci
cümləsində, 83.1-ci, 85.1-ci və 86.1-ci maddələrdə,
87.7-ci maddənin ikinci
cümləsində, 87.7.1-ci və 87.7.2-ci maddələrdə
"inzibati-iqtisadi” sözləri
"inzibati” sözü
ilə əvəz edilsin;
1.4. 3.4, 90.1, 98.2, 98.4, 98.5-ci maddələrdə və
98.6-cı maddənin birinci
cümləsində "inzibati-iqtisadi”
sözləri "İnzibati”
sözü ilə əvəz edilsin.
1.5. 3.8-ci maddədə
"inzibati-iqtisadi məhkəmələrin
və məhkəmə
kollegiyalarının” sözləri
"inzibati məhkəmələrin
və inzibati kollegiyaların” sözləri
ilə əvəz edilsin;
1.6. 4.3-cü maddədən
"mübahisələrə dair işlər üzrə” sözləri
çıxarılsın.
Maddə 2. Bu Qanun
2020-ci il yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 iyul 2019-cu il
Azərbaycan.- 2019.-21 iyul.- S.2.