Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1608-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Yol hərəkəti haqqında”, "Milli arxiv fondu haqqında”, "Avtomobil yolları haqqında "Mədəniyyət haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1608-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yol hərəkəti haqqında”, "Milli arxiv fondu haqqında”, "Avtomobil yolları haqqında "Mədəniyyət haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Yol hərəkəti haqqında”, "Milli arxiv fondu haqqında”, "Avtomobil yolları haqqında "Mədəniyyət haqqındaAzərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Yol hərəkəti haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 11, maddə 666; 2001, ¹ 7, maddə 459; 2003, ¹ 10, maddələr 546, 571; 2004, ¹ 8, maddə 617, ¹ 12, maddə 1005; 2006, ¹ 9, maddə 743; 2008, ¹ 8, maddə 719; 2009, ¹ 4, maddə 226, ¹ 8, maddə 630; 2010, ¹ 7, maddə 606; 2011, ¹ 6, maddə 510; 2012, ¹ 5, maddə 423, ¹11, maddə 1079; 2014, ¹ 9, maddə 1043; 2015, ¹ 2, maddələr 110, 140, ¹ 6, maddə 707, ¹ 10, maddə 1116; 2016, ¹ 3, maddə 456, ¹ 4, maddələr 662, 666, ¹ 6, maddə 1062, ¹11, maddə 1839; 2017, ¹ 5, maddə 758, ¹ 8, maddə 1521; 2018, ¹ 2, maddələr 169, 197, ¹ 4, maddə 677, ¹ 6, maddə 1241, ¹ 7 (I kitab), maddələr 1466, 1493; 2019, ¹ 1, maddə 96, ¹ 3, maddə 420) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə "8-ci bəndində,” sözlərindən sonra "12-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində,” sözləri əlavə edilsin;

3.2. 2.10-cu bənddən ", 12-ci maddəsinin 2-ci hissəsindəsözləri çıxarılsın;

3.3. aşağıdakı məzmunda 2.12-1-ci bənd əlavə edilsin:

"2.12-1. həmin Qanunun 12-ci maddəsinin II hissəsinin birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası, nəqliyyat vasitələrinin hərəkəti tarix mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəyi əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "İçərişəhərDövlət Tarix Memarlıq "QalaDövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində "İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyul 2019-cu il

 

Azərbaycan.- 2019.- 21 iyul.- S.2.