“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli
156 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Təhsil haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1291-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 26 noyabr tarixli 364 nömrəli Fərmanının icrası
ilə əlaqədar
qərara alıram:
"Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 9, maddə
685; 2012, ¹ 3, maddə 197, ¹ 4, maddə 289, ¹ 6, maddə
532; 2016, ¹ 1, maddə 76, ¹ 11, maddələr 1804, 1828, ¹ 12, maddə
2086; 2017, ¹ 7, maddə 1360, ¹ 10, maddə 1800, ¹ 12 (I kitab), maddə 2313; 2018, ¹ 2, maddə
216, ¹ 12 (I kitab), maddə
2545; 2019, ¹ 3, maddələr 403, 405; Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 16
may tarixli 696 nömrəli
Fərmanı) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.1-ci bənd üzrə:
1.1. "22.5-1-ci” sözlərindən
sonra ", 22.12-ci” sözləri
əlavə edilsin;
1.2. "30.2-ci maddəsinin”
sözlərindən əvvəl
"və” sözü
",” durğu işarəsi
ilə əvəz edilsin;
1.3. birinci
halda "nəzərdə
tutulmuş” sözlərindən
əvvəl "və
44.1-1-ci maddəsində (hər
iki halda)” sözləri əlavə
edilsin.
2. Aşağıdakı
məzmunda 2.1-1-ci və
2.3-1-ci bəndlər əlavə
edilsin:
"2.1-1. həmin
Qanunun 22.12-ci və
44.1-1-ci (birinci halda) maddələrində "orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur;”;
"2.3-1. həmin
Qanunun 44.1-1-ci maddəsində
ikinci halda nəzərdə tutulmuş
orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan
Respublikası Prezidentinin
"İslam Əməkdaşlıq
Təşkilatına üzv
dövlətlərin vətəndaşlarına
Azərbaycan Respublikasının
ali təhsil müəssisələrində təhsil üçün
qrantların verilməsi
haqqında” 2017-ci il 6
dekabr tarixli 3457 nömrəli və "Qoşulmama Hərəkatına
üzv dövlətlərin
vətəndaşlarına Azərbaycan Respublikasının
ali təhsil müəssisələrində təhsil üçün
qrantların verilməsi
haqqında” 2018-ci il
10 yanvar tarixli 3567 nömrəli sərəncamları
üzrə Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə birlikdə həyata keçirir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 iyul 2019-cu il
Azərbaycan.- 2019.- 21 iyul.-
S.3.