Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 4 (II kitab), maddə
251, ¹ 5, maddə 323, ¹ 12, maddə
835; 2001, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə
9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə
465; 2003, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12 (I kitab),
maddə 676; 2004, ¹ 1, maddə
10, ¹ 4, maddə 200, ¹ 5, maddə
321, ¹ 8, maddə 598, ¹ 10, maddə
762, ¹ 11, maddə 900; 2005, ¹ 1, maddə 3, ¹ 6, maddə
462, ¹ 7, maddə 575, ¹ 10, maddə
904, ¹ 11, maddə 994; 2006, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə
390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007,
¹ 2, maddə 68, ¹ 5, maddə
398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr
937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090,
¹ 12, maddə 1221; 2008, ¹ 6, maddələr
454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr
1047, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə
953; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr
275, 276, ¹ 7, maddə 591; 2011, ¹ 4, maddə 253, ¹ 5, maddə
472, ¹ 7, maddələr 587, 601, 621, ¹ 11, maddə 980, ¹ 12, maddə
1093; 2012, ¹ 2, maddə 45, ¹ 3, maddələr 193, 196, ¹ 7, maddələr
666, 669, 673, ¹ 11, maddə 1068, ¹ 12, maddə 1223; 2013, ¹ 1, maddə
14, ¹ 2, maddə 102, ¹ 4 maddə
364, ¹ 5, maddələr 459, 479, 481, ¹ 6, maddələr 594, 600, ¹ 11, maddələr
1264, 1286, 1312, ¹ 12, maddə 1492; 2014, ¹ 2, maddələr 89, 95, ¹ 4, maddə
327, ¹ 6, maddələr 618, 622; 2015, ¹ 4, maddələr 339, 359, 368, ¹ 5, maddələr
504, 508, 510, ¹ 6, maddələr 678, 690, 692,
¹ 11, maddələr 1253, 1268, 1289, 1298, ¹
12, maddələr 1437, 1445; 2016, ¹ 4, maddələr 634, 636, 638, 653, ¹ 5, maddə 845, ¹ 6, maddələr
993, 1001, ¹ 12, maddələr 1983, 1999, 2008,
2019, 2038, 2048; 2017, ¹ 2, maddə 161, ¹ 3, maddə 330, ¹ 5, maddələr
694, 696, 702, 733, ¹ 7, maddələr 1268,
1271, 1293, ¹ 11, maddələr 1968, 1978, ¹ 12
(I kitab), maddə 2231;
2018, ¹ 3, maddə 403, ¹ 5, maddə
861, ¹ 6, maddə 1154, ¹ 7 (I kitab),
maddə 1441, ¹ 10, maddə
1972, ¹ 11, maddə 2213, ¹ 12 (I kitab), maddə 2472; Azərbaycan Respublikasının
2019-cu il 29 mart tarixli
1537-VQD nömrəli Qanunu)
aşağıdakı dəyişikliklər
edilsin:
1. 72.2-ci maddədə
"edilə bilər”
sözləri "edilir”
sözü ilə əvəz edilsin.
2. Aşağıdakı
məzmunda 73.3-cü maddə
əlavə edilsin:
"73.3. Başqa
növ cinayət törətmiş şəxs,
bu Məcəllənin
73.1-ci maddəsində nəzərdə
tutulmuş şərtlər
mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq
maddələrində bilavasitə
müəyyən edilmiş
hallarda cinayət məsuliyyətindən azad
edilir.”.
3. 99-1-ci maddə
üzrə:
3.1. 99-1.1-ci maddəyə
"aşağıda göstərilən
əmlakın” sözlərindən
sonra "məhkəmənin
yekun qərarı ilə” sözləri əlavə edilsin;
3.2. 99-1.1.1 və
99-1.1.2-ci maddələrdə "məhkumun” sözü
"şəxsin” sözü
ilə əvəz edilsin;
3.3. 99-1.3-cü maddənin
birinci cümləsində
"Məhkum” sözü
"Cinayət törətmiş
şəxs” sözləri
ilə, ikinci cümləsində "məhkum”
sözü "cinayət
törətmiş şəxs”
sözləri ilə əvəz edilsin.
4. 99-2-ci maddə
üzrə:
4.1. adında
"Əmlakın dəyərinə
görə” sözlərindən
sonra "xüsusi” sözü əlavə edilsin;
4.2. mətnində
"məhkuma məxsus
olan digər əmlak” sözləri
"cinayət törətmiş
şəxsə məxsus
olan digər əmlak məhkəmənin
yekun qərarı ilə xüsusi” sözləri ilə əvəz edilsin.
5. 99-3.2-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
"99-3.2. Cinayət
nəticəsində əmlakın
qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan
sonra əmlakın qalan hissəsi dövlət nəfinə
alınmalıdır. Müsadirə
edilmiş əmlak cinayət nəticəsində
əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə
kifayət etmədiyi və cinayət törətmiş şəxsin
müsadirə edilmiş
əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş
şəxsin həmin
əmlakının hesabına
ödənilir.”.
6. 99-4.6-cı maddəyə
"271-284,” rəqəmlərindən sonra "303.2,” rəqəmləri
əlavə edilsin.
7. 99-5.3-cü (ikinci
halda), 99-5.3.1 - 99-5.3.6-cı maddələr müvafiq olaraq 99-5.4-cü, 99-5.4.1 - 99-5.4.6-cı maddələr hesab edilsin.
8. 209.3-cü maddədə
"209.1-ci maddəsində” sözləri "209.1 və
209.2.1-ci maddələrində” sözləri ilə əvəz edilsin.
9. 213.3-cü maddədə
"213.1-ci maddəsində” sözləri "213.1 və
213.2.1-ci maddələrində” sözləri ilə əvəz edilsin.
10. 234.4-cü maddədə "və
234.3-cü” sözləri ", 234.3 və 234.3-1-ci” sözləri
ilə əvəz edilsin.
11. 303.2-ci maddəsinə
"Məhkəmənin hökmünə”
sözlərindən sonra
"(qərarına)” sözü
və "hökmünün”
sözündən sonra
"(qərarının)” sözü
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 9 iyul
2019-cu il
Azərbaycan.- 2019.-23 iyul.-
S.4.