Yeni Azərbaycan Partiyasında mətbuat nümayəndələri
ilə görüş olubAzərbaycan cəmiyyətində
mətbuatın rolu yüksək qiymətləndirilir
Azərbaycan Respublikası
Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat
Günü münasibətilə
kütləvi informasiya
vasitələrinin nümayəndələri
ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə Əli
Əhmədov jurnalistləri
peşə bayramı
münasibətilə təbrik
edərək, onlara fəaliyyətlərində uğurlar
arzulayıb. Azərbaycanda hər il
Milli Mətbuat Gününün yüksək
səviyyədə qeyd
olunduğunu deyən Əli Əhmədov bu faktı cəmiyyətin
mətbuata verdiyi önəmin ifadəsi kimi dəyərləndirib.
O qeyd edib ki, mətbuat bütün cəmiyyətlərdə,
o cümlədən Azərbaycan
cəmiyyətində söz,
fikir, ideya azadlığının həyata
keçirilməsində əhəmiyyətli
rol oynayan vasitələrdən biridir.
"Müasir həyatı mətbuatsız,
informasiyasız təsəvvür
etmək mümkün
deyil. Cəmiyyət
inkişaf etdikcə, müasirləşdikcə informasiyanın
və informasiyanı insanlara çatdıranların
rolu və əhəmiyyəti getdikcə
artır”, -deyə YAP
Sədrinin müavini bildirib.
Azərbaycanda çoxlu sayda KİV-in mövcud olduğunu deyən Əli Əhmədov bildirib ki, onlar cəmiyyətimizin,
insanların informasiya
ilə təmin olunmasında vacib rol oynayırlar. Eyni zamanda,
yeni çağırışların nümunəsi olan
sosial şəbəkələr də çox vacib informasiya
vasitəsi funksiyasını yerinə yetirir. Beləliklə, söz və mətbuat
azadlığı yeni texnologiyaların meydana gəlməsi ilə
əlaqədar olaraq daha da genişlənib. Əli Əhmədov deyib ki, bu gün hər bir insan
sosial şəbəkələr vasitəsilə informasiya
ötürücüsü funksiyasını yerinə yetirə
bilir. Bütün bunlarla yanaşı,
sosial şəbəkələrdə qeyri-obyektiv, həqiqətdən
uzaq olan, yalan məlumatların da yayıldığını
söyləyən Baş Nazirin müavini diqqətə
çatdırıb ki, bu tipli informasiyalar insanlarda
narahatlıq yaradır.
Azərbaycanın dinamik
inkişaf etdiyini, əhalinin rifahının daha da yüksəldilməsi
üçün dövlət tərəfindən lazımi
addımların atıldığını deyən Əli Əhmədov
bu ilin əvvəlindən sosial sahədə aparılan
islahatları xatırladıb. O qeyd edib ki, islahatlar digər sahələrdə
də davam edir. Baş Nazirin müavini söyləyib
ki, ölkəmiz böyük layihələr həyata
keçirir və bu layihələrin uğurla
yekunlaşması üçün bütün imkanlar səfərbər
olunub.
Sonda jurnalistlərə 22
iyul - Milli Mətbuat Günü münasibətilə
mükafatlar təqdim edilib.
Azərbaycan.- 2019.- 23 iyul.- S.3.