Çin ilə Azərbaycan strateji tərəfdaşlardır
İyulun 22-də Bakıda “Si Cinpinin yeni dövr Çin səciyyəvi sosializm ideyası” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, konfransda çıxış
edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanla Çin arasında əlaqələrin
inkişafından danışıb.
O qeyd edib ki, Çin Azərbaycana tərəfdaş,
dost ölkədir. Çin ilə
Azərbaycan arasında
əlaqələr yüksələn
xətt üzrə inkişaf edir. Bu əlaqələrin inkişafında yüksəksəviyyəli
qarşılıqlı səfərlər,
tərəflər arasında
imzalanan sənədlər
mühüm rol oynayır.
YAP icra katibinin müavini bildirib ki, Çin
Azərbaycanın müstəqilliyini
ilk tanıyan ölkələrdən
biridir. 1990-cı illərin əvvəlindən
Çin ilə Azərbaycan arasında diplomatik münasibətlər
yaranıb. İki ölkə
arasında qarşılıqlı
səfərlər müxtəlif
sənədlərin imzalanması
ilə nəticələnib
və həmin sənədlər əsasında
əməkdaşlıq güclənir.
Çin
ilə Azərbaycan strateji tərəfdaşlardır.
Eyni zamanda, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı Çin Azərbaycanın ədalətli
mövqeyini həmişə
dəstəkləyib və
bu mövqe dəyişməz qalıb.
M.Qurbanlı Azərbaycan
Respublikası ilə Çin Xalq Respublikası, eləcə də
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist
Partiyası arasındakı əməkdaşlığın
mövcud durumundan bəhs edərək münasibətlərin
inkişafı üçün geniş perspektivlərin
olduğunu bildirib. O, Azərbaycan ilə Çin arasındakı dostluq əlaqələrinin
əhəmiyyətini vurğulayaraq, ortaq iqtisadi maraqlar, hər
iki ölkənin tarixi İpək Yolunun bərpasındakı
rolu və digər bu kimi amillərin əməkdaşlığın
inkişafına zəmin yaratdığını qeyd edib. Dövlət Komitəsinin sədri Çinin müəllifi
olduğu “Bir kəmər, bir yol” layihəsinin də
dünyanın marağında olduğunu söyləyib.
Çıxış edən
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq
əlaqələr şöbəsinin müdiri Sun Tao bildirib
ki, Çinlə Azərbaycanın əlaqələri yüksək
səviyyədədir. Bu da xalqlar arasında münasibətlərə
müsbət təsir göstərir.
Sun Tao qeyd edib ki, Çin əvvəlki
dövrlərdən fərqli olaraq yoxsulluq problemini həll
edib. Ötən
70 il ərzində Çin böyük
inkişaf yolu keçib. Çində bir
çox sahələr, o cümlədən
maşınqayırma, sənaye sahəsi inkişaf edib. Çin beynəlxalq aləmdə nüfuzlu ölkəyə
çevrilib. O, Çin Kommunist Partiyasının Yeni Azərbaycan
Partiyası ilə əlaqələrin daha da genişləndirilməsində
maraqlı olduğunu bildirib.
Milli Məclisin Azərbaycan-Çin
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvü, “Yeni Azərbaycan” qəzetinin
baş redaktoru Hikmət Babaoğlu çıxışında
iki ölkə arasındakı əməkdaşlıq
mühitindən danışıb. O vurğulayıb ki, Çinin təşəbbüsü
ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi
böyük kommunikasiya, siyasi, iqtisadi, mədəni, ən əsası,
inqilabi bir layihədir. Azərbaycan bu layihənin
həyata keçirilməsini dəstəkləyən ilk
dövlətlərdən biridir. Çindən
Avropaya gedən yolda Ələt Beynəlxalq Dəniz Ticarət
Limanı vacib rol oynayacaq. Bu yaxınlarda Azərbaycana
səfər edən Avropa İttifaqı Şurasının
prezidenti Donald Tusk Ələt limanın əhəmiyyətini
vurğulayıb. Deputat Azərbaycanla
Çin arasında münasibətlərin
inkişafının hər iki ölkənin maraqlarına
cavab verdiyini qeyd edib.
Sonra çıxış edən YAP
Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin
deputatı Məlahət İbrahimqızı və YAP
Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin
deputatı Aydın Hüseynov da Azərbaycan-Çin əlaqələrinin
əhəmiyyətindən danışıblar.
Azərbaycan.- 2019.- 23 iyul.- S.5.