144 illik şərəfli yol
Azərbaycanda KİV-in
inkişafı dövlət siyasətinin əsas xəttini təşkil
edir
144 il... Bu illər ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı hazırda yeni inkişaf dövrünü yaşayır. Zəngin və şərəfli yolla addımlayaraq bir neçə mərhələdən keçən milli mətbuatımız daim üzərinə düşən vəzifəni böyük şərəflə yerinə yetirməyə çalışıb.
Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi” qəzetinin nəşri ilə qoyulub və qəzetin ilk sayında onun məramı bu cür ifadə olunub: "Bizim zəmanə dəyişməni tələb edir. O kəslər ki, həmişə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə kökündən tərəqqi edib irəli gedirlər”. Beləliklə, qəzet ilk saylarından millətimizin inkişaf yoluna işıq saçdı.
Ölkəmiz ikinci dəfə milli müstəqilliyinə qovuşduğu dövrün ilk illərində də mətbuatımız böyük təlatümlər və çətinliklər yaşadı. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı ilə yanaşdı.
Ona görə də müstəqil ölkəmizdə mətbuatın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev tərəfindən dəfələrlə mətbuat işçilərinə müxtəlif yardımların edilməsi, redaksiyaların maddi-texniki bazalarının formalaşdırılması, qəzetlərin "Azərbaycan” nəşriyyatına olan borclarının dondurularaq sonradan ləğv edilməsi, ayrı-ayrı vaxtlarda ölkənin aparıcı media nümayəndələrini qəbul etməsi Azərbaycan mətbuatının bugünkü inkişafını və gələcək perspektivini təmin etmiş oldu.
Ümumilikdə Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzaladı. 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edildi. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olundu.
2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə etdikdən sonra bəzi məsələlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi. Ümummilli Liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi.
Mətbuat demokratik prinsiplərin formalaşmasında ən
başlıca vasitədir. Ona görə
də, hansı cəmiyyət özünü
demokratik görmək,
bu dəyərlərə
yiyələnmək istəyirsə,
mətbuatın inkişafına
diqqət yetirməlidir.
Məhz bu baxımdan da, ölkəmizdə mətbuata, söz azadlığına böyük
diqqət və qayğı göstərilir.
Elə bu diqqətdən irəli gələn bir keyfiyyətdir ki, Azərbaycan mətbuatı bu gün jurnalistikanın yeni dövrünə qədəm qoyub. Yeni jurnalistika, ilk növbədə,
144 ildə keçmiş
olduğu tarixi yola və qazanmış
olduğu ənənələrə
söykənir.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet media inkişaf
edir. Müasir dövrdə informasiya
texnologiyalarının inkişafı
Azərbaycan mətbuatını
qlobal informasiya şəbəkəsinin bir
hissəsinə çevirib.
Ölkədə söz və
mətbuat azadlığına,
KİV-ə ən yüksək
səviyyədə diqqət
və qayğı
var.
Prezident İlham
Əliyevin 31 iyul
2008-ci il tarixli sərəncamı ilə
"Azərbaycan Respublikasında
KİV-in inkişafına dövlət
dəstəyi Konsepsiyasının”
təsdiq edilməsi, bir il sonra,
3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın
maddi-texniki bazasını
möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi
vəziyyətini yaxşılaşdırmaq
məqsədilə atılan
mühüm addımlar
idi.
Milli mətbuatın yubileylərinin
ölkədə geniş
qeyd olunması,
KİV-ə birdəfəlik yardımların göstərilməsi,
mətbuat işçilərinin
sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri,
həmçinin milli mətbuatın inkişafındakı
xidmətlərinə görə
jurnalistlərin fəxri
adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə
qayğının tərkib
hissəsidir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial
müdafiəsinin gücləndirilməsinə
dair sərəncamları
əsasında jurnalistlər
üçün iki yaşayış binası
tikilib. 2013-cü və 2017-ci illərdə
Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş
binalarda Milli Mətbuat Günü münasibətilə mənzillərin
paylanması mərasimlərində
iştirak edib. Dövlət
başçısı 2017-ci ildə mətbuat işçiləri üçün
sayca üçüncü
yaşayış binasının
tikintisi ilə bağlı sərəncam
imzalayıb.
Göründüyü kimi, ildən-ilə inkişaf edən Azərbaycan mətbuatına
dövlət tərəfindən
yüksək qayğı
göstərilir və
bu sahəyə diqqət daimidir.
Müasir dövrdə informasiya amili mühüm önəm kəsb edir və dünyada
bu faktor daha da güclənməkdədir. Milli mətbuatımız
milli və ümumbəşəri dəyərlərin
təbliğində, xalqımızın
tarixi keçmişinin
öyrənilməsində, vətənpərvərlik hisslərinin
cəmiyyətə aşılanmasında,
ölkəmizin müstəqillik
illərində bütün
sahələrdə əldə
etdiyi uğurlu nəticələrin cəmiyyətə
çatdırılmasında yaxından iştirak edir. Mətbuat Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı həqiqətlərin dünya
ictimayyətinə çatdırılmasında,
düşmənə qarşı
aparılan informasiya müharibəsində çox
mühüm rol oynayır. Prezident İlham Əliyev də "Facebook” səhifəsində 22 iyul
- Milli Mətbuat Günü münasibəti
ilə etdiyi paylaşımda vurğulayıb
ki, bünövrəsi
"Əkinçi” ilə
qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir.
Bir sözlə, bu gün Azərbaycanda mətbuata dövlət tərəfindən ən
yüksək səviyyədə
diqqət və qayğı göstərilir. Bu gün Azərbaycanda Heydər Əliyevin siyasi kursu və
ideyaları uğurla davam etdirilir. Ölkədə güclü, müstəqil,
obyektiv informasiya daşıyıcısı olan,
eyni zamanda dövlətçilik prinsiplərinə
sədaqət nümayiş
etdirən, milli maraqların təəssübkeşi
olan mətbuatın formalaşması və inkişafı dövlət
siyasətinin əsas xəttini təşkil edir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 23 iyul.- S.1; 8.