Şahdağ Milli
Parkında “Təbiətin keşiyində” adlı növbəti
ekoskaut düşərgəsi təşkil
edilib
IDEA İctimai Birliyi, Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şahdağ Milli Parkında "Təbiətin keşiyində” adlı növbəti ekoskaut düşərgəsi təşkil edilib.
Bu barədə
AZƏRTAC-a İctimai Birlikdən
bildirilib.
IDEA-nın ekoskaut proqramı çərçivəsində təşkil edilən düşərgələrin məqsədi
gəncləri Azərbaycanın
zəngin təbiəti,
nəsli kəsilmək
üzrə olan flora və fauna barədə məlumatlandırmaq, təbiəti
qorumaq, onlara təbiətin bəxş
etdiyi sərvətlərdən
qənaətlə və
düzgün istifadə
etməyi, həmçinin
gənclərə vəhşi
təbiətdə düzgün
davranışı, ətraf
mühitə ziyan vermədən istirahəti
təşviq etməkdir.
Düşərgəyə 18-25 yaş arası ekoloji təhsili və ya bu
sahədə təcrübəsi
olan, həmçinin ekoloji fəallığı
ilə seçilən
100 nəfər gənc
qoşulub.
Könüllü olaraq qoşulmuş gənclərin iştirakı
ilə Şahdağ Milli Parkının ərazisində ekotur təşkil edilib. Gənclərə
Şahdağ Milli Parkının yaradılmasında
əsas məqsəd,
əraziyə xas olan landşaft növləri, Azərbaycan
Respublikasının Qırmızı
Kitabına daxil edilən flora və fauna haqqında, həmçinin
Fransa və Belçika zooparklarından
Azərbaycana reintroduksiya
edilmiş Qafqaz zubrları haqqında məlumat verilib.
Gənclər üçün
üçgünlük düşərgə
müddətində Azərbaycanın
biomüxtəlifliyi və
milli parkları mövzusunda təlim, o cümlədən təbiətdə
olarkən çadırların
qurulması, ilkin tibbi yardım, çölçülük üçün
lazımi ləvazimatlar
və təhlükəsiz
geyimlər haqda seminar
və praktik təlimlər, yarışlar
və müsabiqələr
keçirilib, həmçinin
gənclər haykinq, maraqlı ekoloji mövzularda fikir mübadilələri, ətraf
mühitlə bağlı
oyunlarda iştirak ediblər.
Düşərgə zamanı iştirakçıların
zəngin təbiəti
və mənzərəsi
ilə seçilən
Qaranohur gölünə
haykinqi təşkil edilib.
Düşərgənin sonunda iştirakçılara
xatirə hədiyyələri
və sertifikatlar təqdim edilib.
Qeyd edək ki, IDEA İctimai Birliyinin "Ekoskaut” layihəsinə
2017-ci ilin mart ayında
start verilib. Layihənin məqsədi gəncləri
təbiətin mühafizəsinə
cəlb etmək, canlı aləmi dərindən öyrənməyə
və qorumağa, eləcə də cəmiyyətdə faydalı
ekoloji işlərlə
məşğul olmağa
sövq etməkdən
ibarətdir. "Ekoskaut”
layihəsi çərçivəsində
ilk düşərgə isə
ötən ilin may ayında Şirvan, daha sonra Ağgöl
və Göygöl Milli parklarında keçirilib.
Ekoloji maarifləndirmə, insan fəaliyyəti nəticəsində
təbiətə vurulan
ziyanın azaldılması
və tədricən aradan qaldırılması,
təbiətə münasibətdə
etik davranışın
formalaşdırılmasına töhfə verməsi baxımından "Təbiətin
keşiyində” ekoskaut
düşərgələrinin ölkəmizin digər milli parklarında da keçirilməsi planlaşdırılır.
Azərbaycan.- 2019.- 23 iyul.- S.10.