Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 797; 2014, ¹ 11, maddələr 1351, 1357, ¹ 12, maddə 1539; 2015, ¹ 3, maddə 259, ¹ 6, maddə 689, ¹ 12, maddə 1436; 2016, ¹ 2 (II kitab), maddə 214, ¹ 6, maddələr 970, 988, 1008, ¹ 7, maddə 1246, ¹ 11, maddə 1794; 2017, ¹ 7, maddə 1312, ¹ 11, maddə 1963, ¹ 12 (I kitab), maddələr 2218, 2257; 2018, ¹ 1, maddə 32, ¹ 3, maddə 386, ¹ 7 (I kitab), maddə 1434; 2019, ¹ 1, maddə 23) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 20.3-cü maddə əlavə edilsin:

"20.3. Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, həmin şəxs bu barədə rəsmi məlumat aldığı tarixdən 30 gün ərzində ölkəni tərk etməli, yaxud bu Məcəllənin 45-ci maddəsində müəyyən edilmiş əsaslar olduğu təqdirdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Belə müraciətə baxıldığı dövrdə şəxs Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan hesab edilir.”.

2. 21.9-cu maddənin birinci cümləsinə "bu Məcəllənin” sözlərindən əvvəl "yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində” sözləri əlavə edilsin.

3. 25.3-cü maddədən "və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti” sözləri çıxarılsın.

4. 30.1-ci maddədə "vəsatəti” sözü "notarial qaydada təsdiq edilmiş dəvət məktubu” sözləri ilə əvəz edilsin.

5. 36-cı maddə üzrə:

5.1. 36.1.6-cı maddədə "və turizm” sözləri ", turizm, rəsmi və şəxsi səfər” sözləri ilə əvəz edilsin;

5.2. 36.1.6-2-ci maddədən ", rəsmi " sözü çıxarılsın.

6. 40.0.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 40.0.5-ci maddə əlavə edilsin:

"40.0.5. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda;”.

7. 42.5-ci maddədə "müraciəti ilə əlaqədar 3 iş günü ərzində” sözləri "müraciətlərinə "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır və” sözləri ilə əvəz edilsin.

8. 45-ci maddə üzrə:

8.1. 45.0-cı, 45.0.1-45.0.11-ci maddələr müvafiq olaraq 45.1-ci, 45.1.1-45.1.11-ci maddələr hesab edilsin;

8.2. 45.1.3-cü maddədən "və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti” sözləri çıxarılsın;

8.3. aşağıdakı məzmunda 45.1.3-1-ci, 45.1.7-1-ci, 45.1.10-1-ci, 45.1.10-2-ci və 45.2-ci maddələr əlavə edilsin:

"45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;”;

"45.1.7-1. bu Məcəllənin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci və 64.0.17-ci maddələrində nəzərdə tutulan hallarda;”;

"45.1.10-1. insan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;”;

45.1.10-2. cinayət təqibi orqanlarına yardım göstərdikdə;”.

"45.2. Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100.000 manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir.”;

8.4. "Qeyd” hissəsində "45.0.7-ci” sözləri "45.1.7-ci” sözləri ilə əvəz edilsin.

9. 46-cı maddə üzrə:

9.1. aşağıdakı məzmunda 46.1.4-1-ci maddə əlavə edilsin:

"46.1.4-1. Bu Məcəllənin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;”;

9.2. 46.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu Məcəllənin 47.5-ci maddəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti orqanı müvəqqəti yaşama icazəsini ləğv edir.”;

9.3. aşağıdakı məzmunda 46.2-1-ci, 46.5-ci və 46.6-cı maddələr əlavə edilsin:

"46.2-1. Bu Məcəllənin 45.1.10-1-ci və 45.1.10-2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmur.”;

"46.5. Bu Məcəllənin 20.3-cü maddəsində nəzərdə tutulan müraciətlər zamanı şəxsdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti tələb edilmir.”;

"46.6. İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə cinayət təqibi orqanının vəsatəti əsasında verilir. Bu halda Məcəllənin 46.1.4-cü, 46.1.6-cı, 46.1.9-cu, 46.1.10-cu və 46.1.11-ci maddələrində göstərilən sənədlərin təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatı cinayət təqibi orqanının yerləşdiyi ünvan üzrə aparılır.”.

10. 47.5-ci maddədə "20 iş günü ərzində” sözləri "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə” sözləri ilə əvəz edilsin.

11. 49-cu maddə üzrə:

11.1. 49.1-ci və 49.2-ci maddələrdə "45.0.2-ci” sözləri "45.1.2-ci” sözləri ilə əvəz edilsin;

11.2. Aşağıdakı məzmunda 49.2-1-ci maddə əlavə edilsin:

"49.2-1. Bu Məcəllənin 45.1.5-ci maddəsində göstərilən əsasa görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün müraciət etmiş şəxsə icazə vəsiqəsi verilərkən onun həmin müraciət üzrə əlaqəli olan ailə üzvünə verilmiş icazə vəsiqəsinin etibarlılıq müddəti nəzərə alınır.”.

12. 50-ci maddə üzrə:

12.1. 50.0-cı, 50.0.1-50.0.13-cü maddələr müvafiq olaraq 50.1-ci, 50.1.1-50.1.13-cü maddələr hesab edilsin;

12.2. aşağıdakı məzmunda 50.1.7-1-ci və 50.2-ci maddələr əlavə edilsin:

"50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;”;

"50.2. Bu Məcəllənin 50.1.4-cü, 50.1.5-ci, 50.1.6-cı və 50.1.12-ci maddələri ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halları insan alverindən zərər çəkmiş hesab olunan və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.”.

13. 52-ci maddə üzrə:

13.1. 52.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"52.1. Bu Məcəllənin 45.1.1-45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 45.1.8-45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.”;

13.2. aşağıdakı məzmunda qeyd hissəsi əlavə edilsin:

"Qeyd: Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs 180 gün ərzində 90 gündən çox müddətdə Azərbaycan Respublikasının ərazisindən kənarda olmasın.”.

14. 53-cü maddə üzrə:

14.1. 53.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu Məcəllənin 54.9-cu maddəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti orqanı daimi yaşama icazəsini ləğv edir.”;

14.2. Aşağıdakı məzmunda 53.2-1-ci maddə əlavə edilsin:

"53.2-1. Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya yatırmış şəxslərdən bu Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulan sənəd tələb olunmur.”.

15. 54-cü maddə üzrə:

15.1. 54.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.”;

15.2. 54.9-cu maddədə "2 ay müddətində” sözləri "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə” sözləri ilə əvəz edilsin.

16. 55-ci maddə üzrə:

16.1. aşağıdakı məzmunda 55.0.6-1-ci və 55.0.6-2-ci maddələr əlavə edilsin:

"55.0.6-1. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə;”;

"55.0.6-2. bu Məcəllənin 53.1.14-cü maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;”;

16.2. 55.0.8-ci maddəyə "olduqda” sözündən sonra "(bu hal bu Məcəllənin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir)” sözləri əlavə edilsin.

17. Aşağıdakı məzmunda 64.0.15-1-ci maddə əlavə edilsin:

"64.0.15-1. İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə;”.

18. 67.3-cü maddədə "20 iş günü ərzində” sözləri "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il

 

Azərbaycan. - 2019.-24 iyul.- S.4.