Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4 (I kitab), maddə 250, ¹ 5, maddə 323; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 8, maddə 420; 2004, ¹ 3, maddə 123, ¹ 5, maddə 318, ¹ 6, maddə 415, ¹ 10, maddə 761, ¹ 11, maddə 901; 2005, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8, maddələr 684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085; 2006, ¹ 2, maddə 68, ¹ 3, maddə 225, ¹ 5, maddə 387, ¹ 6, maddə 478, ¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007, ¹ 2, maddə 80, ¹ 6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə 937, ¹ 11, maddə 1053, ¹ 12, maddələr 1215, 1219; 2008, ¹ 3, maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə 602, ¹ 12, maddə 1049; 2009, ¹ 2, maddə 47, ¹ 5, maddə 295, ¹ 6, maddə 404, ¹ 7, maddə 517; 2010, ¹ 2, maddə 75, ¹ 3, maddə 171, ¹ 4, maddələr 265, 266, 276; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 586, ¹ 8, maddə 750, ¹ 12, maddələr 1073, 1102; 2012, ¹ 1, maddə 5, ¹ 5, maddə 403, ¹ 6, maddə 498; 2013, ¹ 1, maddə 15, ¹ 6, maddə 620, ¹ 11, maddə 1280, ¹ 12, maddələr 1469, 1478; 2014, ¹ 2, maddə 96, ¹ 7, maddə 768; 2015, ¹ 3, maddə 254, ¹ 5, maddə 512, ¹ 7, maddə 814, ¹ 10, maddə 1093; 2016, ¹ 1, maddə 26, ¹ 2 (I kitab), maddələr 186, 204, ¹ 3, maddə 401, ¹ 4, maddələr 640, 646, ¹ 6, maddə 1005, ¹ 7, maddə 1248, ¹ 12, maddələr 1998, 2018; 2017, ¹ 2, maddələr 151, 153, ¹ 5, maddələr 703, 735, ¹ 6, maddə 1035, ¹ 11, maddə 1953, ¹ 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, ¹ 2, maddə 142, ¹ 4, maddə 650, ¹ 5, maddələr 845, 851, ¹ 11, maddə 2212, ¹ 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, ¹ 1, maddələr 23, 50; Azərbaycan Respublikasının 2019-cu il 23 aprel 1566-VQD nömrəli, 3 may tarixli 1575-VQD 1584-VQD nömrəli, 17 may tarixli 1588-VQD 1593-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 55.7-ci maddə əlavə edilsin:

"55.7. Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə hüquqi şəxsin yenidən təşkil olunması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin yenidən təşkil edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.”.

2. 59-cu maddə üzrə:

2.1. 59.2.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 59.2.4-cü maddə əlavə edilsin:

"59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbir tətbiq edildikdə.”;

2.2. 59.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur.”;

2.3. aşağıdakı məzmunda 59.9-cu maddə əlavə edilsin:

"59.9. Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə hüquqi şəxsin onun təsisçilərinin (iştirakçılarının) ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin ləğv edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.”.

3. 212-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.”.

4. 908.1.1-ci maddədə "hökmünəsözündən sonra "(qərarına)” sözü əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il

 

Azərbaycan.- 2019.-24 iyul.- S.4.