“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli
1623-VQD nömrəli Qanununun tətbiqi və
“Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi
tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli
938 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Miqrasiya
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2019-cu il 27 iyun tarixli 1623-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının Miqrasiya
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. Müəyyən
edilsin ki, Azərbaycan Respublikası
Miqrasiya Məcəlləsinin
20.3-cü maddəsində, 45.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 46.2-ci və 53.2-ci maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Dövlət
Miqrasiya Xidməti həyata keçirir.
4. "Azərbaycan
Respublikasının Miqrasiya
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan
Respublikasının 2013-cü il 2 iyul tarixli
713-IVQ nömrəli Qanununun
tətbiqi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
8 iyul tarixli 938 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 7, maddə 803; 2014, ¹ 9, maddə 1050, ¹ 11, maddələr
1382, 1413, ¹ 12, maddə 1588; 2015, ¹ 10, maddə 1121; 2016, ¹ 6, maddələr
1020, 1044, ¹ 11, maddə 1827; 2018, ¹ 7 (I kitab), maddə 1476) aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 5.3-cü bənddə
"50.0.5-ci,” sözləri "50.1.5-ci,”
sözləri ilə əvəz edilsin;
4.2. 5.4-cü bəndə
"15.4-cü,” sözlərindən sonra "20.3-cü,” sözləri,
"44.5-ci” sözlərindən sonra "maddələrində,
45.2-ci maddəsinin birinci
və ikinci cümlələrində, 46.2-ci” sözləri, "52.3-cü,” sözlərindən
sonra "53.2-ci,” sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 iyul 2019-cu il
Azərbaycan.- 2019.- 24 iyul.-
S.4.