“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli
1640-VQD nömrəli Qanununun tətbiqi və
“Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Mülki
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2019-cu il 9 iyul tarixli 1640-VQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının Mülki
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Azərbaycan
Respublikasının Mülki
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25
avqust tarixli 386 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 8 (III kitab), maddə
609; 2001, № 10, maddə 640; 2003, № 8, maddə 435, № 10, maddə
552; 2004, № 6, maddə 435; 2005, № 2, maddə 64, № 5, maddə
403; 2006, № 7, maddə 590, № 12, maddə 1034; 2007, № 3, maddə
228, № 6, maddə 606, № 11, maddə
1110, № 12, maddə 1246; 2008, № 6, maddə 493; 2009, № 3, maddə
163, № 5, maddə 324; 2010, № 5, maddə 399, № 7, maddələr
610, 628; 2011, № 8, maddə 751; 2012, № 6, maddə 535; 2014, № 6, maddə
626; 2016, № 9, maddə 1464, № 12, maddə 2071; 2017, № 2, maddə
186; 2018, № 1, maddə 43, № 2, maddə 171, № 7 (I kitab), maddə 1448; 2019, № 4, maddə
617) 3.3-cü bəndinə "(birinci cümlədə)” sözlərindən sonra
", 55.7-ci, 59.9-cu” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul
2019-cu il
Azərbaycan.-
2019.- 24 iyul.- S.4.