Prezident İlham Əliyev: “Azərbaycanla Kolumbiya arasında siyasi əlaqələr
yaxşı səviyyədədir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Luis Antonio Dimate Kardenas fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Luis Antonio Dimate
Kardenas etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Dövlətimizin başçısı Kolumbiyanın
səfirinin Azərbaycanda
fəaliyyətə başlamasının
önəmini qeyd edərək, bunu tərəfdaşlıq əlaqələrimizin
göstəricisi kimi dəyərləndirdi. Prezident İlham
Əliyev Azərbaycanla
Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə
olduğunu bildirərək
iqtisadi əməkdaşlığın
genişləndirilməsinin zəruriliyini vurğuladı.
Dövlətimizin başçısı
bu baxımdan ticarət, qarşılıqlı
investisiya sahələrində
əlaqələrin qurulması
üçün yaxşı
potensialın mövcud
olduğunu dedi. Prezident İlham Əliyev Luis
Antonio Dimate Kardenasın
səfir kimi fəaliyyəti dövründə
ikitərəfli münasibətlərimizin
inkişafına töhfə
verəcəyinə ümidvar
olduğunu bildirdi.
Səfir Luis Antonio Dimate
Kardenas, ilk növbədə,
Kolumbiya Respublikasının
Prezidenti İvan Duke Markesin salamlarını dövlətimizin başçısına
çatdırdı.
Luis Antonio Dimate Kardenas Azərbaycana səfir təyin olunmasından məmnunluq hissi keçirdiyini qeyd edərək ölkəmizdə gedən
inkişaf proseslərinin
onda dərin təəssürat yaratdığını
dedi. Səfir Azərbaycanın sosial-iqtisadi sahələrdə
böyük uğurlar
qazandığını vurğulayaraq
bununla bağlı dövlətimizin başçısına
təbriklərini çatdırdı.
O, ikitərəfli siyasi
əlaqələrin çox
yaxşı səviyyədə
olduğunu deyərək
iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini
vurğuladı.
Dövlətimizin başçısı Kolumbiya
Respublikasının Prezidenti
İvan Duke Markesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kolumbiya Prezidentinə çatdırmağı xahiş
etdi.
Azərbaycan.- 2019.- 24 iyul.- S.1.