Azərbaycan - İsveçrə əlaqələri
yüksək səviyyədədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Muriel Peneveyre fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Muriel Peneveyre
etimadnaməsini Prezident
İlham Əliyevə
təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Prezident İlham Əliyev Azərbaycanla İsveçrə
arasında əlaqələrin
yüksək səviyyədə
olduğunu və fəal dialoqun aparıldığını qeyd
etdi. Dövlətimizin başçısı İsveçrə Prezidenti
ilə bu ilin yanvarında keçirdiyi görüşü
məmnunluqla xatırladı.
Prezident İlham Əliyev İsveçrə
Prezidentlərinin Azərbaycana
səfərlərinin, Davos
Forumu çərçivəsində
yüksək səviyyəli
mütəmadi görüşlərin
əlaqələrimizin möhkəmləndirilməsinin
yaxşı nümunəsi
olduğunu dedi. Dövlətimizin başçısı iqtisadi əməkdaşlıq,
qarşılıqlı investisiya
qoyuluşu sahələrində
əlaqələrin dinamik
inkişaf etdiyini bildirdi, İsveçrənin
çoxlu sayda şirkətlərinin Azərbaycanda
uğurlu fəaliyyət
göstərdiyini, mühüm
layihələrin icrasında
iştirak etdiklərini
qeyd etdi.
Azərbaycanda səfir təyin olunmasından şərəf
duyduğunu bildirən
Muriel Peneveyre səfirlik
fəaliyyəti dövründə
əlaqələrin genişləndirilməsi,
o cümlədən ölkəmizin
regionlarının daha
yaxşı tanınması
istiqamətində səylərini
əsirgəməyəcəyini bildirdi. O, bu
yaxınlarda Bakıda keçirilən UNESKO-nun
Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasında iştirak
etdiyini məmnunluqla qeyd
edərək Xan Sarayı ilə birgə
Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil
edilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini
çatdırdı.
Azərbaycan.-
2019.- 24 iyul.- S.2.