ADA Universitetində XIII Bakı
Yay Enerji Məktəbi başa çatıb
ADA Universitetinin
Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin
SOCAR və "BP Azerbaijan” şirkətləri ilə
birgə təşkil
etdiyi XIII Bakı Yay Enerji Məktəbi
başa çatıb.
Universitetdən AZƏRTAC-a bildirilib
ki, bu il
ikihəftəlik sertifikat
proqramını ABŞ, Vyetnam,
Türkiyə, Avstraliya,
Macarıstan, Yunanıstan,
Meksika daxil olmaqla 31 nəfərdən
ibarət enerji sektorunun peşəkarları
uğurla başa vurub.
ADA Universiteti
tarixində ilk akademik
proqramlardan biri kimi təsis edilən Bakı Yay Enerji Məktəbi
enerji və ətraf mühit məsələləri üzrə
təlim keçmək
üçün dünyanın
tanınmış alim,
mütəxəssis və
siyasətçilərini bir
araya gətirir. Məktəb
iştirakçıları mövzularla bağlı biliyi ilk məlumat qaynağından alaraq enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik, Xəzər
hövzəsinin yerli və qlobal kontekstdə qiymətləndirilməsi
və SOCAR-ın inkişaf strategiyasına dair məsələlərlə
geniş şəkildə
tanış olurlar.
ADA Universitetinin ixtisasartırma proqramları
üzrə prorektor müavini Aygün Hacıyevanın sözlərinə
görə, XIII Yay Məktəbinin proqramı
ənənəvi mövzularla
yanaşı, dəyişən
enerji bazarlarında qeyri-ənənəvi neft
və qaz mənbələrini də
diqqətə saxlayıb:
"Enerji sektorunun ətraf mühitə artan təsirini nəzərə alaraq biz,
dünyada və Azərbaycanda bu sahədə ən son texnoloji innovasiyalarla bağlı məlumatı
da proqrama daxil etmişdik. ADA Universitetinin SOCAR və "BP Azerbaijan”
ilə təşkil etdiyi Bakı Yay Enerji Məktəbi enerji sektorunda mükəmməl
biliyi olmaqla
yanaşı, gələcək meyilləri görə bilən
mütəxəssislər hazırlayır”.
Azərbaycan.- 2019.-24 iyul.- S.5.