“Azərbaycan Respublikasının
2019-cu il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2019-cu il 12 iyul tarixli 1645-VQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının 2019-cu il dövlət
büdcəsi haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə bağlı bir sıra məsələlər
barədə” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının 2019-cu il
dövlət büdcəsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il 12 iyul tarixli 1645-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan
Respublikasının 2019-cu il
dövlət büdcəsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. "Azərbaycan
Respublikasının 2019-cu il
dövlət büdcəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə bağlı bir sıra məsələlər
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 12 (I kitab),
maddə 2588; 2019, ¹ 1, maddə
71, ¹ 5, maddə 866; Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 16 aprel tarixli 644 nömrəli və 19 aprel tarixli 653 nömrəli fərmanları) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 1.2-ci bənddə
"3 037 618 152,0” rəqəmləri
"3 187 618 152,0” rəqəmləri ilə əvəz edilsin;
2.2. 1.2.4-cü yarımbənddə
"1 383 753 312,0” rəqəmləri
"1 533 753 312,0” rəqəmləri ilə əvəz edilsin;
2.3. 1.2.4.2-ci yarımbənddə
"1 380 376 500,0” rəqəmləri
"1 530 376 500,0” rəqəmləri ilə əvəz edilsin;
2.4. 1.6-cı bənddə
"2 620 387 016,0” rəqəmləri
"2 470 387 016,0” rəqəmləri ilə əvəz edilsin;
2.5. 1.6.1-ci yarımbənddə
"2 577 355 340,0” rəqəmləri
"2 427 355 340,0” rəqəmləri ilə əvəz edilsin;
2.6. 1.6.1.4-cü yarımbənddə
"1 502 732 410,0” rəqəmləri
"1 352 732 410,0” rəqəmləri ilə əvəz edilsin;
2.7. 6.6-cı bəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
6.7-ci bənd əlavə
edilsin:
"6.7. ortamüddətli
dövr üçün
elektron mühasibatlığın
tətbiqinin genişləndirilməsinə
dair tədbirlər planının layihəsini
2019-cu il noyabrın
1-dək hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.”.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının
2019-cu il dövlət
büdcəsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
24 iyul 2019-cu il
Azərbaycan.- 2019.- 25 iyul.- S.3.