7 layihə,
20 milyon manat investisiya
İlham Əliyevin
modern sənayeləşmə siyasətinin növbəti
töhfəsi - Sabirabad
Sənaye Məhəlləsi
bu il
istifadəyə veriləcək
Bu gün
sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb
edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar
kimi mütərəqqi
mexanizmlər innovativ müəssisələrin yaradılmasına,
ixracyönümlü məhsulların
istehsalının genişləndirilməsinə,
neft-qaz amilindən asılılığın azaldılmasına
yeni imkanlar açır. Bu baxımdan müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin
inkişafının təmin
edilməsi, bu sahəyə sahibkar marağının artırılması
və daha çox investisiyanın cəlb edilməsi, istehsal sahəsində məşğulluğun yüksəldilməsi
vacib amillərdir.
Yaradılan sənaye parkları və məhəllələri
kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi,
qeyri-neft sektorunun davamlı inkişafına
və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına
xidmət edir. Hazırda
Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir
və Pirallahı Sənaye parkları, Sumqayıt Texnologiya Parkı, Yüksək Texnologiyalar Parkı və Mingəçevir Yüksək Texnologiyalar Parkı, Neftçala, Masallı Sənaye məhəllələri fəaliyyət
göstərir.
Sənayenin inkişafına
dəstək
Prezident İlham Əliyevin "Sənaye məhəllələrinin
yaradılması və
fəaliyyətinin təşkili
haqqında” 2014-cü il
8 oktyabr tarixli fərmanı ilə müəyyən edilmiş
vəzifələrin icrası
sayəsində ölkədə
sənaye məhəllələrinin
yaradılması davamlı
prosesə çevrilib. Sənaye məhəllələri
istehsal prosesinin təşkilində infrastruktur
xərclərinin azaldılması,
kooperasiya əlaqələrinin
gücləndirilməsi, kiçik
və orta sahibkarlığın inkişafı
üçün əlverişli
iqtisadi modeldir.
2014-cü ilin
oktyabr ayından etibarən sənaye məhəllələrinin fəaliyyətinin
təşkili və tənzimlənməsi dövlət
başçısı tərəfindən
İqtisadiyyat Nazirliyinin
tabeliyində fəaliyyət
göstərən "Azərbaycan
İnvestisiya Şirkəti”
ASC-yə həvalə
edilib.
Sənaye məhəllələrinin fəaliyyətinin
təşkili və tənzimlənməsi "Azərbaycan
İnvestisiya Şirkəti”
ASC-yə tapşırılıb. Artıq dövlət
tərəfindən sahibkarlar
üçün bütün
zəruri infrastruktur yaradılmış Neftçala
və Masallı sənaye məhəllələri
fəaliyyətdədir, Hacıqabul
Sənaye Məhəlləsində
işlər yekunlaşıb.
Sabirabad Sənaye Məhəlləsində
son tamamlama işləri
aparılır. Fəaliyyətdə olan sənaye məhəllələrində indiyədək
33 milyon manatlıq məhsul istehsal edilib. Bu sənaye məhəllələrində qeydiyyatdan
keçmiş iştirakçıların
sayı 36 olmaqla ümumilikdə, 140 milyon manata yaxın investisiya yatırılması,
2 minədək iş
yerinin yaradılması
nəzərdə tutulur.
Müəssisələrin 21-i artıq fəaliyyət
göstərir. Bu il daha 15 müəssisə fəaliyyətə
başlayacaq.
İnvestisiya dəyəri
61,43 milyon manat olan Hacıqabul
Sənaye Məhəlləsinin
istehsalat korpusları icarəyə götürülüb.
Sabirabad Sənaye Məhəlləsi
də demək olar hazırdır. Sahəsinə görə indiyədək
tikilən məhəllələrdən
ən böyüyü
olan bu müəssisədə
son tamamlanma işləri
gedir.
İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə
müsahibəsində bildirib
ki, Hacıqabul və Sabirabad Sənaye məhəllələri
ilə bağlı görülən işlər
artıq yekun mərhələyə çatıb. Hər iki
sənaye məhəlləsi
ilin sonunadək istifadəyə veriləcək.
4 istehsalat
sahəsi, inzibati, texniki və köməkçi binalar
Sabirabad rayonunun
ərazisinin bir hissəsi Kür çayının sağ
sahilində - Muğan
düzündə, bir
hissəsi Kürün
sol sahilində - Şirvan
düzündə, bir
hissəsi də Araz çayının sol
sahilində - Mil düzündə
yerləşir. Rayon iqtisadiyyatının əsasını
kənd təsərrüfatı
və sənaye təşkil edir. Yeni yaradılan sənaye məhəlləsi sənayenin
inkişafına mühüm
töhfə verəcək.
"Azərbaycan
İnvestisiya Şirkəti”nin sənaye məhəllələri şöbəsinin
müdiri Eldəniz Novruzov deyir ki, Sabirabad Sənaye
Məhəlləsinin təməli
2017-ci il noyabrın
28-də dövlət başçısı
tərəfindən qoyulub.
Tikintiyə 200 nəfərdən çox
işçi cəlb edilib. Məhəllənin ümumi
sahəsi 20,3 hektardır. Tikinti sahəsi 15 min 797 kvadratmetr təşkil edir. Binaların ümumi sahəsi
12 min 872 kvadratmetrdir. Burada hər
biri 1305 kvadratmetr olan 4 istehsalat sahəsi inşa edilib.
Bundan başqa ikimərtəbəli
inzibati, texniki və köməkçi binalar tikilib. Sahibkarların ixtiyarına veriləcək
istehsalat sahələri
də ikimərtəbəlidir.
Sahəsi 1000 kvadratmetr olan məhəllə ofis sahələri, sərgi-satış
mərkəzi, tibb məntəqəsi, poçt,
yeməkxana və idarəedici təşkilatın
istifadəsi üçün
nəzərdə tutulan
sahələrdən ibarətdir. Sənaye məhəlləsində
sahibkarlara mühasibatlıq,
hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək.
Fasiləsiz enerji təminatı, sutəmizləyici
qurğular...
Sənaye sahəsində
fəaliyyət göstərən
kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi,
qeyri-neft sektorunun davamlı inkişafının
təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması
məqsədi ilə yaradılan məhəllədə
artıq bütün istehsal korpusları elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya,
rabitə, yanğından
mühafizə sistemləri
ilə təchiz edilib.
Həmçinin ərazidə məişət
və texniki suların təmizləyici
qurğulardan keçib
yenidən istifadə edilməsi üçün
müasir qurğular, elektrik yarımstansiyası,
infrastruktur sistemlərinin
fasiləsiz enerji ilə təmini üçün generator mövcuddur. Müəyyən səbəblərdən elektrik
kəsilərsə, dərhal
generator işə düşür,
məhəllədə elektrik
kəsilmir.
20 milyon
manatlıq sərmayə...
Sahibkarlar tərəfindən
böyük maraq göstərilən məhəllədə
iştirakçı kimi
qeydiyyatdan keçmək
üçün daxil
olan müraciətlərin
qiymətləndirilməsinə gəlincə, Eldəniz Novruzov deyir ki, artıq ümumi investisiya dəyəri 20 milyon manat, 300-dən çox yeni iş yeri
yaradılması nəzərdə
tutulan 7 layihə dəyərləndirilib.
Yəni 7 sahibkarlıq
subyektinin sənaye məhəlləsinə iştirakçı
kimi qeydiyyata alınmaları barədə
"Azərbaycan investisiya
Şirkəti” tərəfindən
qərar qəbul edilib.
Bunlar jele, toffi və nuqalı
konfetlərin istehsalçısı
"Mirzəoğlu” MMC-nin,
şokoladlı konfet istehsalçısı "Konfirom”
MMC, yun və təbii bitki tədarükü "Azərxalça”
ASC, orqanik gübrə
istehsalçısı "İbra Holding”, bal məhsullarının
qablaşdırılması üzrə fəaliyyət
göstərən "Kercom”
MMC, aqrotexniki xidmətlər
(şum, səpin, biçin və s.) və biznes-konsaltinq xidmətləri göstərən
"Aqrotexservis” MMC, eləcə
də "Etöre İnşaat Mediya Enerji İthalat İhracat Yatırım Danışmanlık” müəssisələridir.
Hazırda sənaye məhəlləsinə
iştirakçıların qəbulu davam etdirilir. Əgər gələcəkdə ehtiyac yaranarsa, yeni istehsalat korpusları da inşa oluna bilər.
Həm məkan,
həm də tikinti xərclərindən
azad
Sənaye məhəllələri kiçik
və orta sahibkarlıq subyektləri
üçün əlverişli
imkanlar yaratdığından
komplekslərə böyük
maraq var. Çünki
məhəllələr sahibkarı
həm məkan, həm də tikinti xərclərindən
azad edir. Belə ki,
sahibkar müraciət
edərək məhəllədəki
istehsalat korpuslarında
istənilən həcmdə
yeri icarəyə götürür. Həmin ərazidə
isə bütün kommunal xidmətlər mövcuddur. Sadəcə olaraq avadanlıqlar quraşdırılır və
istehsala başlanılır.
Sahibkar dövlətə yalnız
götürdüyü sahəyə
uyğun icarəhaqqı
verir.
Məhəllələrdə sahibkarlara torpaq sahələri də icarəyə verilir. Sahibkar hüquqi
şəxs kimi məhəllənin ərazisindən
torpaq sahəsi götürüb öz müəssisəsini inşa
edir. Bu zaman
Vergi Məcəlləsinə
uyğun torpaq vergisi ödənilir.
İstehsalat sahələrində yer götürən sahibkarlar dövlət tərəfindən tənzimlənən
minimum qiymətlər əsasında
icarəhaqqı ödəyirlər.
Bu vəsaitin 50 faizi dövlət büdcəsinə, 50 faizi
"Azərbaycan İnvestisiya
Şirkəti”nə daxil
olur. Torpağı icarəyə götürənlərin
vergisi isə Vergi Məcəlləsinə
uyğun tənzimlənir.
Burada icarəhaqqı 100 faiz dövlət büdcəsinə
ödənilir.
Məsələn, "Azərxalça” ASC məhəllənin
ərazisində 0.60 hektar
torpaq sahəsi icarəyə götürərək
yun tədarükü
məntəqəsi inşa
edib. Bu regional yun tədarükü
məntəqəsi Sabirabad,
Hacıqabul, Saatlı,
Salyan, Kürdəmir,
Ucar, İmişli, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala rayonlarını, Şirvan
və Lənkəran şəhərlərini əhatə
edir.
Sənaye məhəllələrinin
yaradılması xüsusi
önəm kəsb edir
Bölgələrdə formalaşan ənənələr,
xammal potensialı və əmək ehtiyatları nəzərə
alınmaqla yaradılan
belə müəssisələr
bir qayda olaraq ən müasir standartlar səviyyəsində qurulur. Hazır məhsul
həm daxili tələbatın ödənilməsinə
yönəldilir, həm
də ixrac idxalı üstələyir,
"Made in Azerbaijan” brendi ilə
dünya bazarına çıxan məhsullarımızın
çeşidi artır,
ixrac coğrafiyası
böyüyür.
Göründüyü kimi, regionlarda kiçik və orta sahibkarlığın
genişləndirilməsi, yerli
ehtiyatlardan səmərəli
istifadə etməklə
sənaye sahələrinin
inkişaf etdirilməsi,
sahibkarlar arasında kooperasiya əlaqələrinin
gücləndirilməsi baxımından
sənaye məhəllələrinin
yaradılması xüsusi
önəm kəsb edir.
Prezident İlham Əliyevin illər öncə söylədiyi "Azərbaycanın qeyri-neft sənayesinin inkişafı üçün tikilən bütün sənaye park və məhəllələri, zavod və fabriklər bir müddətdən sonra ölkəyə böyük həcmdə valyuta gətirəcək” fikri təsdiqini tapır. Ötən il olduğu kimi, bu il də dövlət başçısının modern sənayeləşmə istiqamətində həyata keçirdiyi layihələr uğurla reallaşacaq və ölkəmizdə fəaliyyətə başlayacaq daha 2 yeni sənaye məhəlləsi bu sahənin inkişafına mühüm töhfə verəcək. Yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən işlər tezliklə ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayenin sürətli inkişafına səbəb olacaq.
Sabirabad Sənaye Məhəlləsi də rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əlverişli məkana çevriləcək.
Rəşad BAXŞƏLİYEV
Elçin CƏFƏROV
Azərbaycan.-
2019.- 26 iyul.- S.1; 6.