AKİA fermerlərin yaxın köməkçisinə çevrilir

 

Prezident İlham Əliyev: "Azərbaycan fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir

 

Son dövrlər aqrar sektorda aparılan islahatlar müsbət nəticəsini verir. Belə ki, ildən-ilə kənd təsərrüfatı məhsullarının istehsalı artır və ölkənin ixrac potensialında onların payı çoxalır. Xüsusilə ənənəvi sahələrin - pambıqçılığın, tütünçülüyün, baramaçılığın, üzümçülüyün, çəltikçiliyin, fındıqçılığın və xurma istehsalının bərpasının bu uğurlarda əhəmiyyətli rolu var. Digər tərəfdən, tərəvəzçiliyin, xüsusilə istixanalarda yetişdirilən məhsulların artımı da ixracın yüksəlməsinə imkan yaradır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aqrar sektorun ölkə üçün önəmini qeyd edərək demişdir: "Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir... Bu sahədə aparılan islahatlar, əminəm ki, daha böyük nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, indiki 3,6 faiz artım bizim potensialımızı əks etdirmir... Fındıqçılıq, üzümçülük, pambıqçılıq, taxılçılıq, meyvəçilik, tərəvəzçilik sahələrində görülən işlər ixracımızı böyük dərəcədə artırır”.

Dövlət başçısı iclasda həmçinin qeyd etdi ki, kənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir və burada yeni texnika və mexanizmlərdən istifadə edilməlidir. Məqsəd bu yolla məhsuldarlığı daha da artırmaqdır. Təkcə keçən il 5800 kənd təsərrüfatı texnikası alınıb. Ötən illərin bəzilərində isə alınan kənd təsərrüfatı texnikasının sayı 8-9 min ədəd təşkil edib.

Müasir texnikatexnologiyalardan kənd təsərrüfatında fəaliyyət göstərən fermerlərin əksəriyyəti istifadə edir. Ancaq ən çox texnikatexnologiyalardan istifadə edənlər iri fermer təsərrüfatları və aqroparklardır. Nəzərdə tutulan proqram üzrə ölkədə 51 aqroparkiri fermer təsərrüfatı yaradılmalıdır. Hazırda 104 min hektara sahib olan 17 aqropark fəaliyyət göstərir. Ümumilikdə isə bütün aqroparkların 200 min hektara yaxın əkin sahəsi olacaq. Dövlət bu aqroparkların yaradılmasına dəstək verir. Fəaliyyəti nəzərdə tutulan 31 aqropark üçün 2,2 milyard manat vəsait xərclənəcək. Mütəxəssislərin hesablamalarına görə, təkcə bu iri kənd təsərrüfatı müəssisələri tərəfindən il ərzində 800 milyonya 1 milyard manat dəyərində məhsul istehsal ediləcək.

Dövlət fermerlərə kömək göstərmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kreditİnkişaf Agentliyini (AKİA) yaradıb. Həmin qurumun verdiyi illik hesabatda AKİA-nin il ərzində gördüyü işlər - kredit portfeli məsələləri, damazlıq, kənd təsərrüfatı texnikasının satışı və digər işlər barədə məlumat verilib.

AKİA-nın məlumatına görə, cari ilin əvvəlindən etibarən lizinq fəaliyyəti ilə bağlı yeniliklər qeydə alınıb. Əvvəllər heyvanların, kənd təsərrüfatı texnikasının satışı lizinq fəaliyyəti ilə həyata keçirilirdisə, indi bu proses fermerlərin istədikləri təchizatçını seçə bilməsilə fərqlənir.

Bu da bürokratik əngəlləri, insan faktorundan qaynaqlanan neqativ halları aradan qaldırır.

AKİA təkcə fermerlərə kənd təsərrüfatı texnikası satmaqkredit verməklə işlərini bitmiş saymır. Qurum, həmçinin fermerlərə öz işlərini qurmaqda da kömək edir. Bu məqsədlə agentlik cari ilin ilk yarısında 719 fermerin 82,05 milyon manat dəyərində aqrobiznes layihələrini dəstəkləyib.

Hesabatda fermerlərə güzəştli kreditlərin verilməsi prosesi yüksək qiymətləndirilib. Həyata keçirilən tədbirlər nəticəsində fermerlərin işlərini daha rahat şəkildə qurmasına şərait yaranıb. Bunun sayəsində onların cari ildə 120 milyon manat məbləğində kredit alacağı proqnozlaşdırılır. Bu rəqəm ötən ilin ikinci yarımilliyində 11 milyon manata yaxın olmuşdur.

Kənd təsərrüfatı istehsal vasitələrinin satışı sahəsində də agentlik uğurlu nəticələrə nail olub. Belə ki, dövlətin dəstəyi ilə 70,7 milyon manat məhsul satılaraq 12 faiz artım əldə edilib. Cari ildə agentlik tərəfindən fermerlərə 316 traktor, 980 digər kənd təsərrüfatı məhsulları satılıb.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 26 iyul.- S.1; 4.