Milli Yaylaq Festivalına hazırlıq
işləri yekunlaşıb
Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-dan 28-dək ilk dəfə olaraq Gədəbəy rayonunda keçiriləcək Milli Yaylaq Festivalı üçün hazırlıq işləri başa çatıb.
Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), "Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.
Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yanaşı, digər dövlət qurumları da tərəfdaşlar sırasındadır.
Gədəbəy
rayonunun ərazisində yerləşən
Düzyurd-Miskinli yaylağında, nadir konsepsiya əsasında
keçiriləcək Milli Yaylaq Festivalına yerli
iştirakçılar və qonaqlarla
yanaşı, 20-yə yaxın xarici
ölkədən çoxsaylı fəxri qonaq
və turistlərin gəlişi də gözlənilir.
Festivalın daha möhtəşəm
və yaddaqalan keçirilməsi, həmçinin Gədəbəyin
tarixi-mədəni irsinin və turizm potensialının
yüksək səviyyədə təbliği
üçün təşkilatçılar tərəfindən
üç ay əvvəldən hazırlıq işlərinə
başlanılıb.
Bu məqsədlə Miskinli yaylağının ərazisində orijinal üslubda "Yaylaq yurdu” adlı etno-qəsəbə salınıb. Etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, "Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı (yarış sahəsi), "Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi (yaylaq mətbəxi) və digər tematik sahələr yaradılıb.
Etno-qəsəbənin iyul-avqust ayları ərzində turistlər və
qonaqlar üçün
fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Festival çərçivəsində
el şənliyi (etnoqrafik
mədəni-idman tədbiri) də keçiriləcək.
Azərbaycan.-
2019.- 25 iyul.- S.4.