Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlıq yüksək səviyyədədir

 

Hər iki tərəfdə keçirilən mədəniyyət tədbirləri iki ölkənin münasibətlərinə dinamizm gətirir

 

Azərbaycan tarixən qonşu xalqlarla və dövlətlərlə əlaqələri diqqət mərkəzində saxlayıb. Bu sırada Rusiyanın ilk yerdə olması heç də təsadüfi deyil. Hər iki dövlətin qarşılıqlı etimada əsaslanan münasibətləri dərin köklərə və müxtəlif amillərə söykənir. Buna görə də Azərbaycan ilə Rusiya prezidentlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinin müsbət nəticələri özünü yalnız siyasi sferada göstərmir. Səmimi siyasi münasibətlərdən qaynaqlanan əməkdaşlıq strateji tərəfdaşlıqdan başlayaraq iqtisadi, hərbi, eləcə də humanitar sahəyə qədər geniş sahələri əhatə edir.

Azərbaycanla Rusiya arasında münasibət və əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. İki ölkəni, eyni zamanda Azərbaycan və rus xalqlarını bir-birinə ancaq sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial məsələlər yaxınlaşdırır. Hər iki xalq və dövlət arasındakı münasibətlər sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır. Bakı Beynəlxalq Humanitar forumlarının müntəzəm keçirilməsi də məhz bu qəbildəndir.

2006-cı il "Azərbaycanda Rusiya Federasiyası İlikimi qeyd olunub. Aradan keçən dövr ərzində yaxın qonşuluq və səmimi dostluq münasibətləri mədəniyyət sahəsində də öz əksini tapıb. Ötən ilin fevral ayında gənc Azərbaycan dirijoru Cavad Tağızadənin musiqi rəhbərliyi ilə Mariinski Teatrında İ.Haydının "Kimsəsiz ada” operası tamaşaçılara təqdim olunub.

Elə həmin ay Moskva Dövlət Konservatoriyasında böyük bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsertdə tanınmış rusiyalı solistlər - Olqa Domnina, Yelena ReviçYevgeni Astafurov yüksək səviyyədə çıxışlar ediblər. M.Rostropoviç adına Nijni Novqorod Dövlət Akademik Filarmoniyasında da ölməz bəstəkarımızın yubileyi şərəfinə tədbir keçirilib.

2018-ci il martın 7-də Rusiya Akademik Böyük Teatrının solistləri Alyona KovalyovaYakopo Tissi P.İ.Çaykovskinin "Qu gölü” baletində iştirak ediblər. Martın 28-də isə D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçirilib. Ötənilki tədbirlərin sırasına Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda tikilmiş Biznes Mərkəzinin açılışında Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupunun, Xalq Çalğı Alətləri Orkestrinin kiçik heyətinin, muğam ifaçılarının, Xalq artisti Samir Cəfərovun, əməkdar artistlərdən Afaq Abbasova ilə Röya Nəcəfli və Mir Yusif Mirbabayevin iştirak etdiyi konsert də yazılıb.

Moskva Dövlət Konservatoriyasının Böyük zalında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsertdə respublikanın Xalq artisti, tanınmış vokalçı Dinarə Əliyeva və beynəlxalq müsabiqələr laureatı, skripka ifaçısı Nikita Borisoqlebskinin çıxışlarını da bura əlavə edə bilərik. Sankt-Peterburq Musiqi Evinin bədii rəhbəri, Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli violonçel ifaçısı Sergey Roldugin Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının 18-26 sentyabr 2018-ci il tarixindəki bağlanış mərasimində, həmçinin həmin tədbir çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Rusiyanın T.Dokşitser adına "New Life Brass” ansamblının çıxışları yaddaqalan olub.

Qarşılıqlı mədəni əlaqələrin nümunəsi olacaq tədbirlər ötən il silsilə xarakteri daşıyıb. Belə ki, Moskvada Xilaskar İsa Məbədinin zalında Müslüm Maqomayevin xatirəsinə həsr edilən "Sən mənim melodiyamsan” adlı konsert proqramı təqdim olunub. Ötən ilin noyabrında Bakıda keçirilmiş IX "START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində Rusiya istehsalı olan filmlər nümayiş edilib. VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda isə Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində "Yeddi gözəl” sərgisinin açılışından dörd gün sonra isə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında C.Verdinin "Traviata” operası nümayiş olunub. Rusiyanın Yekaterinburq şəhərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrının 85 illiyi münasibətilə "Təcrübədən kamilliyə” adlı Musiqili Teatrların Beynəlxalq Forumunda Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin məruzəsi dinlənilib.

Hər iki ölkə arasında humanitar əməkdaşlıq bu il də müxtəlif tədbirlərlə davam etdirilir. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının kamera zallarında Azərbaycan musiqiçilərinin iştirakı ilə silsilə konsertlərin təşkili planlaşdırılıb. Tədbirlər çərçivəsində tanınmış pianoçu, Əməkdar artist, Türkiyədə yaşayan həmyerlimiz, professor Gülşən Ənnağıyevanın və gənc skripka ifaçısı, Xorvatiya Simfonik Orkestrinin konsertmeysteri Osman Eyublunun iştirakı ilə Moskva Dövlət Konservatoriyasında konsertlər keçirilib.

Bu ilin aprelində Bakıda keçirilən Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış rusiyalı pianoçu Boris Berezovskinin solo konsertinin, həmçinin Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında dünya şöhrətli xoreoqraf, Rusiya Federasiyasının Xalq artisti Boris Eyfmanın rəhbərliyi ilə Sankt-Peterburq Dövlət Akademik Balet Teatrının "Günahın o tayında” tamaşası nümayiş etdirilib.

Humanitar əməkdaşlıqdan söz düşmüşkən qeyd etməliyik ki, Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar forumları artıq bütün dünyada aktual problemlərin, müasir cəmiyyətlərin inkişaf məsələlərinin müzakirə olunduğu qlobal platforma kimi tanınır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin aprelində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunubu əlaqələrin inkişafında humanitar sahənin əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdı.

Valentina Matviyenko da öz növbəsində ölkəmizdə son beş ildəki müsbət dəyişikliyə diqqət çəkərək demişdi: "Bakının necə inkişaf etməsinə heyran qaldığımı növbəti dəfə bildirməyə bilmərəm. Mən Bakıda, Azərbaycanda 5 il idi ki, olmamışdım. Çox böyük dəyişikliklər var - heyrətamiz, yeni binalar, nadir memarlıq nümunələri. Bilirsiniz, düşünürəm ki, əgər Heydər Əliyev sağ olsaydı, Azərbaycanda baş verən bu dəyişikliklərlə çox fəxr edərdi. Həqiqətən də, mən çox yerlərdə, dünyanın bir çox ölkələrində olmuşam, bu cür dinamik, düşünülmüş inkişafa, belə gözəlliyə çox az yerdə rast gəlinir...”

Azərbaycan Prezidenti tərəfindən "Dostluqordeni ilə təltif edilən Valentina Matviyenko ölkəmizdə rus dilinə olan münasibətlə bağlı da fikrini açıqlamışdı. Qonaq ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük töhfə verdiyini xüsusi vurğulamışdı: "Humanitar əməkdaşlığın inkişafına Azərbaycanın Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanımın töhfəsini biz çox yüksək qiymətləndiririk. Azərbaycanda rus dilinin qorunub saxlanılmasını və təbliğini Rusiyada yüksək qiymətləndirirlər. Azərbaycanda Rusiyanın aparıcı ali məktəblərinin filialları, rus dilində təhsil verən məktəblər fəaliyyət göstərir, uzun illər ərzində Rus Dram Teatrı və digər mədəniyyət ocaqları işini davam etdirir. Bütün bunlara görə rusiyalıların hamısının adından Azərbaycan Respublikasının rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm”.

Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri, hər iki tərəfdə keçirilən mədəniyyət tədbirləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 25 iyul.- S.7.