“Transsərhəd kontekstində ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında Konvensiya”ya I və II Düzəlişlərin təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
"Transsərhəd
kontekstində ətraf
mühitə təsirin
qiymətləndirilməsi haqqında
Konvensiya”ya 2001-ci il 27 fevral tarixli I Düzəliş və 2004-cü il 4 iyun tarixli II Düzəliş təsdiq
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 iyul 2019-cu il
Azərbaycan. - 2019.-26 iyul.- S.1.