“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci və 15-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
"Dövlət
satınalmaları haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 1, maddə
11, ¹ 12, maddə 706; 2005, ¹ 12, maddə 1083; 2006, ¹ 12, maddə
1005; 2010, ¹ 3, maddə 173, ¹ 4, maddə 276; 2016, ¹ 2 (I kitab),
maddə 205, ¹ 4, maddə
628; 2017, ¹ 5, maddə 699; 2018, ¹ 12, maddə 2523) aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.1-ci maddədə
"1.2-ci və 1.3-cü” sözləri
"1.2 - 1.4-cü” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı
məzmunda 1.4-cü maddə
əlavə edilsin:
"1.4. Birinci
instansiya məhkəmələrində
kargüzarlığın aparılması
ilə bağlı dəftərxana ləvazimatlarının
satınalınması məqsədilə
dövlət büdcəsində
nəzərdə tutulmuş
vəsait birbaşa hakimlərin bank hesabına
köçürülür. Birinci instansiya məhkəmələrində
kargüzarlığın aparılması
ilə bağlı dövlət büdcəsində
nəzərdə tutulmuş
vəsaitin birbaşa hakimlərin bank hesablarına
köçürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 iyul 2019-cu il
Azərbaycan.- 2019.-26 iyul.- S.2.