“Azərbaycan Respublikası
Hökuməti və Macarıstan Respublikası Hökuməti
arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən
tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli 118 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli 118 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 1, maddə 18; 2010, ¹ 2, maddə 80, ¹ 9, maddə 773; 2012, ¹ 2, maddə 116; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477, ¹ 11, maddə 1414; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 8, maddə 1677) 1-ci hissəsi ilə yaradılmış Birgə Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Birgə Komissiyanın həmsədri
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Birgə Komissiyanın üzvləri
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Energetika nazirinin müavini
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası Təhsil nazirinin müavini
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası
Mərkəzi Bankı
sədrinin müavini
Azərbaycan Respublikasının
Macarıstan Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri.”.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu Sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə Macarıstan Respublikası tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 iyul 2019-cu il
Azərbaycan.- 2019.-26 iyul.- S.2.