“Jara-2019” festivalının iştirakçıları
qırmızı xalı üzərindən keçiblər
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub
İyulun 25-də Bakıda "Sea Breeze Resort” istirahət mərkəzində "Jara-2019” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara-2019”un fəxri qonaqları arasında olub.
Aparıcının "Musiqi dünyanı daha gözəl edir. Necə fikirləşirsiniz, bu il daha yaxşı olacaq?” sualına cavabında Leyla Əliyeva deyib:
-Fikrimcə, ildən-ilə daha yaxşı olur. Dünya yaxşılaşır. İnşallah, hər şey həddən artıq yaxşı olacaq.
Aparıcı: Çox sağ olun. Ən sevimli mahnınız hansıdır? Siz onu eşidəndə dərhal zümzümə edirsinizmi?
Leyla Əliyeva: Hər dəfə müxtəlif cür olur. Son vaxtlar mən meditasiyada sufi musiqisini
dinləyirəm. Ancaq bilmirəm
niyə. Bu, sadəcə qeyri-reallıqdır.
Ümumiyyətlə isə Faiq Ağayevi çox bəyənirəm. Əfsuslar olsun
ki, o, bu gün çıxış
etmir. Onun "Sən gəlməz
oldun” mahnısı çox xoşuma gəlir.
Aparıcı: Leyla xanım, bəs Bakı sizdə hansı mahnı ilə assosiasiya yaradır?
Leyla Əliyeva: Bizim o qədər mahnılarımız
var ki... Bakı məndə musiqi, sevgi və sevinclə
assosiasiya yaradır.
Əlbəttə ki, Müslüm
Maqomayevin "Azərbaycan”ı
nömrə birdir.
Bəli.
Ümidvaram ki, bundan sonra daha çox
musiqi olacaq. Çünki bizim xalqımız
musiqi qabiliyyəti olan xalqdır. Musiqi isə ürəkdən gəlir, yaradandan gəlir. Yaradıcılıq sözü "yaradan”
sözündəndir. Mənə elə gəlir ki, bu, dünyanı
daha yaxşı edir.
Aparıcı: Zəhmət olmasa deyin, bu
gün hamı "Jara” festivalının ruhundan danışır. Sizcə festivalın ruhu nədədir?
Leyla Əliyeva: Əlbəttə
ki, insanlardadır, sizin enerjinizdə, sizin sevginizdədir. Sizin düşüncələrinizdə və Azərbaycandadır.
Sağ olun.
Qırmızı xalıdan
Emin Ağalarov, Filipp Kirkorov, Vera Brejneva, Bosson, Rita Dakota,
Dmitri Matatov, Nikolay Baskov, Kristina Orbakayte, Burito, Elina Çaqa,
Zivert, Aleksandr Panayotov, Slava, Qriqori Leps, Ani
Lopak, Lolita, Sergey Lazarev,
Albina Canabaeva, Maks Barskix, Olqa
Buzova, Alessandro Safina, Mişa Romanova, Çingiz Mustafayev, A’Studio, NK, MONATIK, Artik
& Asti, Mozgi, Qlyuk’oza,
Vremya & Steklo qrupları və başqaları keçiblər.
Emin Ağalarov "Jara” festivalının hazırlıq işlərinə
həmişəki kimi
bir il vaxt
sərf olunduğunu bildirib. O qeyd edib ki, builki
festival çərçivəsində də maraqlı ifalar, duetlər olacaq. Ümumilikdə festivalda dörd
gün ərzində
250-dək ifaçı çıxış
edəcək. Festivalın
bu il
də əla keçməsi üçün
əlimizdən gələni
etmişik.
"Jara-2019”un qırmızı xalı üzərindən keçən
digər iştirakçıları
da festivalın yüksək səviyyədə
təşkilindən, Bakıda
olmaqdan məmnunluqlarını
ifadə ediblər. Onlar festivalı bütün il ərzində
səbirsizliklə gözlədiklərini
söyləyib, Azərbaycan
xalqının qonaqpərvər
olduğunu və bu tədbirdə məmnuniyyətlə oxuyacaqlarını
bildiriblər.
Sonra "Jara-2019” festivalı başlayıb.
Festivalın təşkilatçıları
müğənni və
bəstəkar, Azərbaycanın
Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi
Sergey Kojevnikovdur.
Azərbaycan.- 2019.-26 iyul.- S.5.