Psixologiya elminin problemləri və perspektivləri mövzusunda beynəlxalq konfrans keçirilir

 

İyulun 25-də Bakıda "Müasir Azərbaycan psixoloqları” İctimai BirliyiPsixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dəstəyi ilə "Psixologiya zirvəsi: problemlər, perspektivlər və yeni yanaşmalarmövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, "Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin İdarə Heyətinin sədri Bəxtiyar Əliyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mövzunun aktuallığını vurğulayıblar. Qeyd olunub ki, yerlixarici mütəxəssislərin iştirakı ilə keçirilən konfrans ölkəmizdə psixologiya elmi sahəsində atılan mühüm addımdır. Belə tədbirlər fikir mübadiləsinin aparılması və beynəlxalq təcrübənin öyrənilməsi üçün çox əhəmiyyətlidir.

Konfransda ADPU-nun elminnovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçehri Lalein, Psixologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Elnur Rüstəmov, professorlar Hasan Bacanlı, Mehmet Engin Deniz və digər çıxış edənlər psixologiya elminin nailiyyətlərindən bəhs ediblər.

Konfrans çərçivəsində ADPU ilə Psixologiya Elmi-Tədqiqat İnstitutu arasında elm və təhsil sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Cəfər Cəfərov və Bəxtiyar Əliyev imzalayıblar.

 

Azərbaycan.- 2019.- 26 iyul.- S.5.