Azərbaycan dünya sərgilərində nə sərgiləyir

 

Azərbaycan hər il onlarca beynəlxalq sərgiyə evsahibliyi edir. Bu sərgilər neft, qaz, nəqliyyat, tikinti, kənd təsərrüfatı, turizm, bir sözlə, iqtisadiyyatın bütün sahələrinə həsr olunur.

Əsasən Bakı Ekspo Mərkəzində keçirilən, çoxsaylı tamaşaçı cəlb edən həmin tədbirlərdə yeni əməkdaşlıq əlaqələri yaradılır, mühüm layihələrin təməli qoyulur. Eləcə də Azərbaycan dünyanın müxtəlif ölkələrində ayrı-ayrı sahələri əhatə edən sərgilərdə geniş çeşidli məhsullarla, zəngin ekspozisiyalarla təmsil olunur. Builki sərgilərdən bir neçəsini misal gətirmək kifayətdir.

Cari ilin may ayında ölkəmiz Çində keçirilən iki əhəmiyyətli sərginin iştirakçısı olub. Bunlardan biri Çinin Şandun vilayətinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunan ölkələrin iştirak etdiyi beynəlxalq investisiya və ticarət sərgisidir. Sərgi ilə yanaşı, ŞƏT-in regional iqtisadi və ticarət əməkdaşlığı forumu da keçirilib.

Qeyd edək ki, liman şəhəri Çindaonun Çinin ŞƏT ölkələri ilə əlaqələrində rolu getdikcə artır. Ötən il Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşünə uğurlu evsahibliyindən sonra Çindaoda Çin-ŞƏT azad ticarət zonasının yaradılmasına başlanıb.

Sözügedən sərgidə İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə bu ölkədəki ticarət nümayəndəliyimizin təşkil etdiyi iki pavilyon fəaliyyət göstərib. Birinci pavilyonda Azərbaycanın iqtisadi inkişafına, əlverişli investisiyabiznes mühitinə, ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən regional nəqliyyat-tranzit layihələrinə yer verilib.

İkinci pavilyonda isə "Made in Azerbaijan” brendi ilə buraxılan məhsullar nümayiş etdirilib. Bunlar şərab digər spirtli içkilər, quru meyvələr, zəfəran, çay, müxtəlif mineral sular, meyvə şirələri, mürəbbələrdir. Tədbirdə məhsullarımızı Azərbaycan şirkətlərinin Çindəki nümayəndəlikləri, onların tərəfdaşları, idxalçılar, eləcə Lucou şəhərindəki "Azərbaycan Ticarət Evinümayiş etdiriblər.

Azərbaycan Pekində keçirilən 6-cı Çin beynəlxalq ticarət xidməti sərgisinin (CIFTIS) fəal iştirakçısından olub. 2012-ci ildən keçirilən CIFTIS Pekində təşkil olunan ən böyük sərgilərdən biri sayılır. Tədbirin əsas təşkilatçıları Çinin Kommersiya Nazirliyi Pekin meriyasıdır. Dünya Ticarət Təşkilatı, BMT-nin Ticarət İnkişaf üzrə Konfransı, İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatı da CIFTIS-i daim dəstəkləyirlər.

Ölkəmiz bu sərgidə ilk dəfə iştirak edib. Sərginin ekspozisiya zalındakı Azərbaycan stendində ölkəmizin investisiya, nəqliyyat-tranzit turizm potensialı əks olunub. Eləcə son illər gerçəkləşən infrastruktur layihələri, sənaye parklarında yerli xarici investorlar üçün təqdim edilən imtiyazlar haqqında geniş məlumat verilib. Stenddə "Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, o cümlədən şərab digər spirtli içkilər, meyvə şirələri, bitki yağları, konservlər, çay növləri nümayiş etdirilib.

İyun ayında isə Azərbaycan Tbilisidə keçirilən XXII beynəlxalq şərab spirtli içkilər sərgisində təmsil olunub. 50-dək şirkətin iştirak etdiyi sərgidə ölkəmizi ilk dəfə "Az-Granatatəmsil edib. Bu MMC sərgidə 20-dək şərab spirtli içki, eləcə müxtəlif növ şirələr nümayiş etdirib.

Gürcüstanın Kənd Təsərrüfatı naziri Levan Davitaşvili Azərbaycan pavilyonunda olub, ölkəmizin şərabçılıq məhsullarının sərgidə nümayişini yüksək qiymətləndirib. Nazir hər iki ölkənin kənd təsərrüfatı, şərabçılıq sahələri, istehsal şirkətləri arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.

Keçən ay Həştərxanda Xəzəryanı Ölkələrin Ticarət-Sənaye Sərgisi keçirilib. Burada Xəzəryanı ölkələrin hamısı - Rusiya, Azərbaycan, İran, Qazaxıstan Türkmənistan fəal iştirak ediblər. Tədbir bu ölkələrin möhkəmlənən əməkdaşlığının daha bir nümayişinə çevrilib. Həştərxan vilayətinin hökumət nümayəndələri əmin olduqlarını bildiriblər ki, Xəzəryanı Ölkələrin Ticarət-Sənaye Sərgisi iqtisadi əlaqələrin daha da inkişaf etməsinə kömək edəcək.

Qarşıda yeni sərgilər var. Gələn ay Türkmənbaşı şəhərində keçiriləcək I Xəzər İqtisadi Forumu çərçivəsində beynəlxalq innovasiya texnologiyaları sərgisi təşkil ediləcək.

Xəzər İqtisadi Forumunun proqramı üç hissədən ibarət olacaq: Beynəlxalq konfrans, Xəzər İnnovasiyalar Texnologiyalar Sərgisi müqavilə hüququ məsələləri - müqavilələrin, sazişlərin başqa sənədlərin imzalanması. Forum çərçivəsində müxtəlif iqtisadi ekoloji mövzularda "dəyirmi masa”lar da təşkil olunacaq.

İstər Azərbaycanda keçirilən, istərsə Azərbaycanın digər ölkələrdə iştirakçısı olduğu sərgilər iqtisadi əlaqələrin genişlənməsinə təkan verməklə yanaşı insanlar arasında ünsiyyət, dostluq, əməkdaşlıq körpüləri yaradır. Bu münasibətlər öz növbəsində yeni uğurların təməlini qoyur.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 26 iyul.- S.1; 6.