Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İcazə verin, Azərbaycanın milli bayramı-Respublika Günü münasibətilə Sizə Sloveniya xalqı adından və şəxsən öz adımdan ölkənizin hərtərəfli inkişafı və rifahı ilə bağlı ən xoş arzularımı, həmçinin səmimi təbriklərimi çatdırım.
Mən tam əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri bizim qarşılıqlı maraqlarımız naminə gələcəkdə daha da inkişaf edəcək, güclənəcək və beləliklə dünyada sülhün, sabitliyin və anlaşmanın möhkəmlənməsinə töhfə verəcəkdir.
Möhtərəm cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Borut Pahor
Sloveniya Respublikasının
Prezidenti
Azərbaycan.- 2019.-27 iyul.- S.1.