Milli Məclis sədrinin müavini Bahar Muradova yeni istifadəyə verilən hərbi hissədə
yaradılan şəraitlə tanış olub
Milli Məclis sədrinin müavini Bahar Muradova cəbhə bölgəsində yeni istifadəyə verilən hərbi hissədə yaradılan şəraitlə tanış olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bahar Muradova və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əvvəlcə Horadiz şəhərində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad ediblər.
Əsgərlər qarşısında çıxış edən Bahar Muradova Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətdən, silahlı qüvvələrə göstərilən diqqət və qayğıdan danışıb, hərbi qulluqçulara çətin və şərəfli xidmətlərini yerinə yetirilmələrində müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, Azərbaycanda hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi, ordunun döyük qabiliyyətinin yüksəldilməsi və müasir silahlarla təminatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi və siyasi baxımdan böyük əhəmiyyət kəsb edir.
Sonra Milli
Məclisin sədr müavini hərbi hissənin
ərazisində yerləşən əsgər yataqxanası, tibb məntəqəsi, ideoloji
otaq, məişət otağı, yeməkxana,
hamam, əşya anbarı və digər
xidməti otaqlara baxış keçirib, şəxsi heyətin həyat və
məişət şəraiti ilə yaxından tanış olub.
Azərbaycan.-
2019.- 27 iyul.- S.3.