“Jara-2019” Beynəlxalq Musiqi
Festivalının ikinci günündə
iştirakçılar qırmızı xalının üzərindən
keçiblər
İyulun 26-da "Jara-2019” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.
Aparıcının "Gələn il artıq beşinci, yubiley festivalı keçiriləcək, siz "Jara” festivalına nə arzulayardınız?” sualını Leyla Əliyeva belə cavablandırıb:
-Mən festival iştirakçılarına daha çox uğurlar, tamaşaçılara daha çox musiqi, daha çox sevgi diləyirəm. Festivalda daha çox adamın iştirakını arzulayıram. Çünki bu festival hamını birləşdirir. İstərdim ki, hamı rəqs etsin, şənlənsin, heç kim darıxmasın. Ən xoş arzularımı çatdırıram. Hamıya cansağlığı arzulayıram.
Qırmızı xalı üzərindən Emin Ağalarov, Stas Mixaylov, Qriqori Leps, Tamara Qverdtseteli, Slava, Stiven Siqal, Sergey Jukov, Jasmin, Diana Arbenina, Filipp Kirkorov, Brendon Stoun, Denis Klyaver, İqor Nikolayev, Aygün Kazımova, Lyubov Uspenskaya, Aleksandr Panayotov, Leonid Aqutin, Valeriya, Viktoriya Dayneko, Brilliant Dadaşova, İlqar Xəyal, Nigar Camal, "Lyube”, "Cosmos Girls”, "Novıe samotsvetı”, "Fabrika”, "Ruki Vverx”, "Otpetıe moşenniki”, "Artik & Asti” qrupları keçiblər.
Festivalın möhtəşəm keçdiyini deyən Azərbaycanın Xalq artisti Emin Ağalarov tamaşaçıları bu gün də çox zəngin proqramın gözlədiyini vurğulayıb.
Emin Ağalarov "Jara” haqqında çəkilmiş filmin təqdimatının keçirildiyini və çox maraqla qarşılandığını deyib.
Festivalın əhəmiyyətini vurğulayan Filipp Kirkorov burada tanınmış estrada ulduzlarının özlərini rahat hiss etdiklərini, tamaşaçı sevgisindən zövq aldıqlarını söyləyib. Qeyd edib ki, "Jara-2019” bu dəfə də hər kəsə müsbət əhval-ruhiyyə bəxş edəcək. Yenidən "Jara”nın səhnəsini bölüşməyim və bu festivala böyük tamaşaçı marağının olması bizi çox sevindirir.
Qırmızı xalı üzərindən keçən ifaçılar Bakı və festival haqqında təəssüratlarını bölüşüb, yaradıcılıq yeniliklərindən söz açıblar. Onlar festivalın önəmini qeyd edib, təqdim olunacaq musiqilərin tamaşaçıların zövqünü oxşayacağını bildiriblər.
Qeyd edək
ki, festivalın təşkilatçıları
müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin
Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl
qrammofon” mükafatının təsisçisi
Sergey Kojevnikovdur.
Azərbaycan.-
2019.-27 iyul.- S.4.