“Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə
hallar sahəsində əməkdaşlıq
haqqında” Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Hökuməti
ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq
haqqında” 2019-cu il mayın 3-də Bakı şəhərində imzalanmış
Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 iyul 2019-cu il
Azərbaycan.- 2019.-28 iyul.-
S.1.