“Jara-2019” Beynəlxalq Musiqi
Festivalının üçüncü
günündə də iştirakçıların
qırmızı xalının üzərindən keçidi olub
Bakıda, "Sea Breeze Resort”
istirahət mərkəzində təşkil olunan
"Jara-2019” Beynəlxalq Musiqi Festivalının
üçüncü günü - iyulun 27-də
iştirakçılar qırmızı xalı üzərindən
keçiblər.
AZƏRTACxəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.
Aparıcının "Bu gün burada 1990-cı illərin hitləri səslənəcək. Sizin sevimli hitiniz varmı” sualını cavablandıran Leyla Əliyeva dedi:
-"İvanuşki İnternəşnl” qrupu mənim çox xoşuma gəlirdi. Elə indi də onları dinləməyi sevirəm.
-Bəs bu qrupun hansı mahnıları xoşunuza gəlir?
-Musiqinin, ümumiyyətlə, zamanı olmur. "Koleçko, koleçko, koltso” mahnısı kimi. Ən sevimli mahnı heç vaxt köhnəlmir. Bu səbəbdən çox yaxşı haldır ki, bu gün bunu etdiniz.
-Leyla
xanım, artıq "Jara”
festivalının iki günü
arxada qalıb. Hansı hisslər, hansı təəssüratlar var? İldən-ilə bu festivalda sizin
üçün dəyişən
nədir?
-İldən-ilə,
ümumiyyətlə, dünya
yaxşılığa doğru
dəyişir. Çünki getdikcə daha
çox insan başa düşür ki, biz sevgi və
mərhəmət üçün
yaşayırıq. Mən xoşbəxtəm
ki, Azərbaycan dünyada belə bir yerə çevrilib.
Arzu edirəm ki, bütün dünya belə olsun. Bütün artistlərə təşəkkürümü
bildirirəm.
Xalq artisti Emin Ağalarov
ötən əsrin
90-cı illərinin bu
gün ifa ediləcək hitlərinin
tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanacağına əminliyini
bildirib.
Qeyd edək ki, festivalın üçüncü günü
Emin Ağalarov, Qriqori Leps, Vladimir Kuzmin, Natalya Podolskaya, Aleksandr Buynov, Aleksandr Şoua, Vladimir Presnyakov, Alyona Apina, Aleksandr Malinin, Layma Vaykule, Seryoqa, Aleksandr İvanov, Anna Sedokova, İrina Dubtsova, Lyubov Uspenskaya, Brendon Stoun, Jasmin, Anita Tsoy, İntars Busulis, İrina Nelson, Nataşa Korolyova, Mitya Fomin, İqor Nikolaev, Denis Klyaver, Valeriya, Aleksey Çumakov,
Yuliya Kovalçuk,
Tomas Neverqreen, Stas Pyexa, Dilarə Kazımova, Maşa Veber, Slava, "MBAND”,
"Ruki vverx”,
"Na-na”, "Zemlyane”,
"Queens”, "Rondo”, "Hi-Fi” qrupları və başqaları qırmızı
xalı üzərindən
keçiblər.
Xalıdan keçən məşhur
ifaçılar "Jara-2019”la bağlı təəssüratlarını
bölüşüb, festivalda
ifaların əsl bayram əhval-ruhiyyəsi yaratdığını qeyd
ediblər. Onlar, həmçinin festivala böyük həvəslə hazırlaşmalarından
söz açıblar.
Qeyd edək ki, hər
dəfə rəngarəng
ifalarla tamaşaçıları
heyrətləndirən festivala
ildən-ilə maraq artmaqdadır. Festival
iştirakçıları Bakıda keçirilən bu musiqi bayramında böyük həvəslə iştirak
etdiklərini söyləyirlər.
Azərbaycan.-
2019.-28 iyul.- S.2.