Bir dön bizim Bakıya bax

 

İlin bütün fəsillərində paytaxtımız qonaq-qaralı olur

 

Bakının hüsnü hər zaman gözəl olub. Bu gün isə paytaxtımız bir özgə libasdadır: müasirliyi ilə dünyanı heyran edir. Qızmar yay günləri olmasına baxmayaraq, şəhərimizin gəzməli, görməli məkanları əcnəbi turistlərlə doludur. Bakı tarixən dünya səyahətinə çıxanların diqqətində olub bu, onların xatirələrində yaşadılıb. Son illər paytaxtın beynəlxalq mədəni-kütləvi, eləcə idman yarışlarına evsahibliyi etməsi isə ölkəmizə xarici qonaqların kütləvi axınına da səbəb olub. Bu gün Avropa Azərbaycanı inkişaf etmiş dövlət olaraq tanıyır beynəlxalq miqyaslı tədbirlərin burada keçirilməsini məqbul sayır.

Hazırda ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sırasına daha biri əlavə edilib. O, "Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalıdır ki, iyulun 21-dən start götürüb dünyanın diqqətini yenidən Bakıya yönəldib. Təbii ki, ölkəmizə turist axınının səbəblərindən biri bu festivaldır.

Əvvəlki beynəlxalq yarışlarda olduğu kimi, bu dəfə incəsənət xadimlərinin iştirakı ilə paytaxtın müxtəlif məkanlarında rəngarəng proqramlı mədəni-kütləvi tədbirlər təşkil edildi. Bu, təbii ki, istər festival iştirakçılarının, istərsə turistlərin istirahətlərinin təmin olunmasında mühüm amillərdəndir.

Yolumuzu İçərişəhərdən salıb əsrlərin yaşıdı Qız qalasınadək paytaxtın əcnəbi qonaqlarda yaratdığı təəssüratlardan bəzi məqamları qələmə alıb, fotoaparatın yaddaşına yazmalı olduq. Öncədən qeyd edək ki, hava isti olsa da, əcnəbi qonaqlarımız heç "kölgələnməkfikrində deyildilər. Diqqətçəkən məqamlardan biri qarşılaşdığımız turistlərin əksəriyyətinin bu il Azərbaycana ailəliklə gəlmələridir.

Onlardan biri ilə Filarmoniya bağında tanış oluruq. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən gəlmiş Aleksandr Osetrova Qala divarlarına heyranlıqla baxan ailə üzvlərini təqdim edir:

- Kseniya Qoloxvastova, Nataliya Mixeeva Darya Çernova (Torşilova) ilk dəfədir ki, Bakıda olurlar. Paytaxt Bakı haqqında məlumatımız az deyildi, lakin burada olmaq, dost, qonşu, qardaş Azərbaycan xalqının qonaqpərvərliyini görmək, nəhayət ki, bizə nəsib oldu. İçərişəhərin qədimliyi paytaxt Bakının müasirliyi ilə təzad yaratmayıb. Düşünürük ki, Azərbaycan xalqının tarixi qədim olduğu üçün onun belə əvəzedilməz yadigarları da var. Vaxtilə Sankt-Peterburqla Bakı qardaşlaşmış şəhərlər kimi tanınırdı. Sevinirik, burada belə gözəl tolerantlıq mühiti qorunub saxlanır. "Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalını da izləyirik. Rusiyadan olan iştirakçılara azarkeşlik etməklə yanaşı, Azərbaycan komandalarının da oyunları bizi maraqlandırır. Belə beynəlxalq yarışlara evsahibliyi o qədər asan deyil, amma Bakı xalqınız belə mötəbər tədbirlərin keçirilməsində öz təcrübəsi ilə Avropaya da nümunə göstərir.

Filarmoniya bağından aralanıb İçərişəhərin daş küçələrinə keçən daha bir turist ailəsi ilə tanış oluruq. İqor Qez Ukraynanın Dnepropetrovski şəhərindən gəldiklərini söyləyir. Əlavə edir ki, Yelizaveta ilə Natalya da onun ailə üzvlərindəndir. Keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında daha çox başı müsibətlər çəkən Azərbaycan və Ukraynanın oxşar tale yaşamalarına təəssüflənsə də, dövlət müstəqilliyini bərpa edən xalqların bir-biri ilə mehribanlığının digərlərinə nümunə olduğunu da gizlətmədi. Azərbaycanın daha çox inkişaf etməsini isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətlə bağlılığını xüsusi vurğuladı: "Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu inkişafdakı böyük zəhmətləri xalqa, dövlətə, Vətənə layiqli xidmətdir. Bakının görməli, gəzməli yerləri az deyil. Məzuniyyət müddətini Azərbaycanda keçirmək bizim arzumuz idi. Festivalın burada keçirilməsi isə həmin istəklərimizi reallaşdırdı. Əmin-amanlıq, dinclik, xalqların burada bir ailə kimi yaşaması bizi ölkənizə gətirən səbəblərdəndir. Qonaqpərvər xalqınız haqqında çox eşitmişdik, gəlib gözlərimizlə gördükbir daha əmin olduq ki, Azərbaycan, doğrudan da qısa zaman ərzində böyük inkişaf yolu keçib”.

Turistlərlə söhbətdən bir daha anladıq ki, Şərqlə Qərb mədəniyyətlərinin bir araya gətirildiyi Azərbaycanın humanitar sahədəki təcrübəsi dünya xalqlarının marağına səbəb olub. Mədəni dəyərlərin öyrənilməsi və onlardan istifadə edilməsinə son illər daha çox diqqət ayrılmasının da səbəbləri az deyil. Deyirlər ki, mədəniyyətin və idmanın dili daha çox anlaşıqlıdır, nəinki siyasətin. Buna görə də mədəni əlaqələrin daha da genişlənməsi xalqlar arasında ünsiyyəti vacib amil kimi ortaya çıxarıb. Bunu turistlərlə həmsöhbətdən də açıq-aydın hiss edirdik...

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2019.-28 iyul.- S.1; 6.