Azərbaycanda iqtisadi sahədə böyük islahatlar aparılır

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 29-da Fransa Respublikasının İqtisadiyyat Maliyyə naziri Brüno Merlə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirildi.

Birinci vitse-prezident Mehriban Əliyeva bu ilin martında Parisə səfəri zamanı Fransanın İqtisadiyyat Maliyyə naziri Brüno Merlə görüşü aparılan müzakirələri xatırladı, qonağın Azərbaycana səfərinin uğurla keçəcəyinə əminliyini ifadə etdi. Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında münasibətlərin dostluq qarşılıqlı maraqlara əsaslandığını qeyd etdi, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. İqtisadi əlaqələrin münasibətlərimizin inkişafında xüsusi yer tutduğunu vurğulayan Birinci vitse-prezident son zamanlar bu sahədə müşahidə edilən müsbət dinamikanın ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə olacağını dedi. Birinci vitse-prezident mövcud potensialdan tam istifadə etməyin vacibliyini diqqətə çatdırdı.

Mehriban Əliyeva Azərbaycanda son illərdə iqtisadi sahədə böyük islahatların aparıldığını qeyd etdi, əsas məqsədin iqtisadiyyatın şaxələndirilməsi olduğunu bildirdi, özəl sektorun rolunun artırılmasının zərurliyinə toxundu, bu sahədə Fransanın təcrübəsinin maraq doğurduğunu dedi.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Fransanın İqtisadiyyat Maliyyə naziri ölkəmizin regionda xüsusi mövqeyə malik olduğunu vurğuladı. Brüno Mer ölkələrimizin iqtisadi əməkdaşlığının böyük potensialını qeyd etdi, Azərbaycan Fransa şirkətləri arasında əlaqələrin daha da genişləndirilməsinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.

Görüşdə ölkələrimiz arasında qeyri-neft sektorunda həyata keçirilən layihələr, Fransa şirkətlərinin Azərbaycanın özəl qurumları ilə işgüzar əlaqələri digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2019.- 30 iyul.- S.1.