Müstəqil siyasət, etibarlı tərəfdaş
İlham Əliyevin xarici siyasət
strategiyası Azərbaycanın beynəlxalq münasibətlər
sistemində yerini daha
da möhkəmləndirir
İqtisadi inkişaf dövrünü yaşayan Azərbaycan dünya birliyinin fəal aktorlarından birinə çevrilib. Yerləşdiyi regionda iqtisadi və siyasi cəhətdən böyük nüfuza malik olan ölkəmiz hər keçən gün beynəlxalq birlikdəki yerini möhkəmləndirir.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizi dünya birliyinin etibarlı və məsuliyyətli tərəfdaşına çevirib. Azərbaycanın daha da qüdrətlənməsi üçün böyük əzmlə çalışan cənab İlham Əliyevin müstəqil siyasət yürütməsi ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirir. Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir. Azərbaycanla sıx münasibətlər qurmaq istəyən ölkələrin sayının ildən-ilə artması da deyilənlərin təsdiqidir.
Xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəldilir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir.
Bugünkü qüdrətli Azərbaycanın milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini Ulu Öndər Heydər Əliyev müəyyənləşdirib. Bu kursun əsas xətti dövlət müstəqilliyimizi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Bu prioritetlər Azərbaycanın xarici siyasət kursunun əsasını təşkil edir.
İnamla
deyə bilərik ki, cənab İlham Əliyevin həyata keçirdiyi
müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulub,
ölkəmizin beynəlxalq münasibətlər sistemində
yeri daha da möhkəmlənib. Bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın
imicini xeyli yüksəldib.
Dinamik və praqmatik xarakter daşıyan xarici siyasət kursu ilk növbədə ölkəmizin milli maraqlarının təmin
olunmasına xidmət
edir. Rəsmi Bakı
dünyanın fövqəlgücləri
sayılan ölkələrlə
- ABŞ, Rusiya, Çin,
Almaniya, Fransa, Türkiyə və s. yəni Avropa İttifaqı və İslam ölkələri
ilə bərabərhüquqlu
əməkdaşlıq edir.
2011-ci ildə 155 ölkənin
səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının
üzvü seçilən
Azərbaycan qlobal məsələlərin həllində,
dünyada sülh və təhlükəsizliyin
təmin olunmasında
yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin
fəal üzvü kimi tanınıb. Elə həmin il Qoşulmama
Hərəkatına daxil
olmaqla Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirib,
Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq
əlaqələri qurmağa
başlayıb.
Azərbaycan, eyni zamanda regionda
sabitləşdirici aktor
kimi fəaliyyət göstərməklə regionda
və beynəlxalq səviyyədə əməkdaşlığa,
təhlükəsizliyə mühüm töhfələr
verir. Buna görə
də ölkəmiz hazırda regional güc mərkəzi kimi sülhün və təhlükəsizliyin təmin
olunması üçün
dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma
və prinsiplərinə
əsaslanan, regional və
qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür.
Belə olan halda, Azərbaycanla
qarşılıqlı faydalı
əməkdaşlığa əsaslanan tərəfdaşlıq
münasibətləri beynəlxalq
münasibətlər sisteminin
aktorları olan milli dövlətlər üçün strateji əhəmiyyət daşıyır.
Təsadüfi deyil ki, bu gün dünyanın
aparıcı dövlətləri
və təşkilatları
Azərbaycanı Cənubi
Qafqazın təhlükəsizlik
qarantı adlandırırlar.
Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə
malik olduğunu bəyan edirlər.
Cənubi Qafqaz regionunun lider dövləti olan, müasir dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq
məkanıdır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən
respublikamız sivilizasiyalararası
dialoqun inkişafına
əhəmiyyətli töhfələr
verməklə yanaşı,
mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə uğurla
ev sahibliyi
edir.
Azərbaycanın xarici siyasəti müstəqillik prinsipinə,
milli maraqlara əsaslanır. Prezident İlham Əliyev
ölkəmizin mövqeyini
ən mötəbər
beynəlxalq tribunalardan
inamla, qətiyyətlə
ifadə edir, güclü, qüdrətli
Azərbaycan reallıqlarını
dünya ictimaiyyətinə
çatdırır.
Azərbaycan Prezidenti dünyanın ən mötəbər toplantılarına dəvət
edilir. Misal olaraq Davos İqtisadi Forumunu göstərmək yetərlidir.
Bu, yeganə forumdur ki, həm dünya
liderlərini, həm də iş adamlarını, vətəndaş
cəmiyyəti nümayəndələrini
biraraya toplamaq imkanına malikdir. Bu baxımdan forum müxtəlif ölkələrdən
investisiyaların cəlb
edilməsi üçün
və ölkənin özünün potensialının
təqdim edilməsi baxımından olduqca vacib platformadır.
Cənab İlham Əliyev Davos İqtisadi Forumunun arzuolunan prezidentlərindən biridir. Dövlət başçısı ən
vacib müzakirələrdə
hər zaman çıxış edir.
Onun dünyada gedən siyasi və iqtisadi proseslərə münasibəti ciddi marağa səbəb olur. Azərbaycan bu mötəbər
forumda yaxından iştirak edərək təcrübə, imkanlar mübadiləsini ortaya qoymaqla dünyadakı mövcud problemlərin aradan qaldırılmasına
töhfəsini verir.
Azərbaycan hər il bu forumda dövlət başçısı səviyyəsində
təmsil olunur. Ölkəmiz forumda vacib tərəfdaş kimi tanınır. Dövriyyəsi milyardlarla dollar olan böyük şirkətlərin
rəhbərləri Azərbaycana
maraq göstərir, iqtisadi cəhətdən inkişaf edən dövlətlərin liderləri
Azərbaycanın dövlət
başçısı ilə
səmimi görüşür,
mühüm layihələr
müzakirə edilir.
Davos Forumunda Azərbaycanın hər il dövlət
başçısı səviyyəsində
təmsil olunması ölkəmizin dünya birliyinə inteqrasiyasını
daha da möhkəmləndirir,
iqtisadi əlaqələrimizi
davamlı və etibarlı edir.
Digər tərəfdən
Azərbaycan beynəlxalq
təşkilatlarla - ATƏT, NATO, BMT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq
Təşkilatı ilə
də fəal əməkdaşlıq edir,
üzərinə düşən
öhdəlikləri yerinə
yetirməklə qurumların
fəal üzvü oldğunu bir daha təsdiqləyir.
Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin
əksəriyyəti ilə
strateji tərəfdaşlıq
haqqında sazişlər
imzalayıb. Bu da
onu təsdiq edir ki, Azərbaycan
təkcə enerji sahəsində deyil, ümumiyyətlə, təhlükəsizlik
aspektində Avropa üçün çox vacib tərəfdaşa çevrilib.
Onu da xatırlatmaq yerinə düşər ki, yerləşdiyi coğrafi ərazi Azərbaycanı Şərqlə-Qərbi,
Şimalla Cənubu bir birinə başlayan körpüyə
çevirib. Prezident İlham Əliyevin
təşəbbüsü ilə reallaşan layihələr isə Azərbaycanı həm də beynəlxalq tranzit mkanına çevirib. Bu gün Şimaldan Cənuba, Şərqdən
Qərbə - ən qısa yollar Azərbaycandan keçir.
İlham
Əliyevin regional və
qlobal miqyaslı təşəbbüsləri ölkəmizin
tranzit imkanlarının
ikişafına əsaslı
töhfə verir.
"Şərq-Qərb” və "Şimal-Cənub”
beynəlxalq nəqliyyat
dəhlizlərinin fəal
iştirakçısı olan
Azərbaycan həm üzərinə düşən
bütün işləri
vaxtında reallaşdırır,
həm də prosesə öz müsbət töhfəsini
də əsirgəmir.
Azərbaycan Prezidentinin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə "Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya və Avropa dəmir yollarının inteqrasiyasına öz töhfəsini verməkdədir. Bu gün Çindən Avropaya yüklərin 34 günə deyil, 12-15 gün ərzində çatdırılması bu dəmir yolunun bütün tərəflərə nə qədər iqtisadi dvidentlər qazandırdığını bir daha təsdiqləyir.
Dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlətimizin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır.
Bu gün Azərbaycana baxış olduqca müsbət və nikbindir. Çünki dünya ölkələri Azərbaycanın timsalında etibarlı tərəfdaş, multikultural dəyərlərə və ənənələrə sadiq, tolerantlıq nümunəsi olan bir ölkə görürlər və onun regionda barışdırıcı, sabitləşdirici rolunu, beynəlxalq müstəvidə isə yerini olduqca yüksək qiymətləndirirlər.
Bütün bunlar əlbəttə ki, beynəlxalq birliyin Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətə verdiyi dəyərdir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 30 iyul.- S.1-2.