"Jara- 2019”: Festivalın sonuncu günü iştirakçılar qırmızı xalı üzərindən keçiblər

 

“Jara-2019” Beynəlxalq Musiqi Festivalının sonuncu günü - iyulun 28-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.

Qırmızı xalıdan keçən Leyla Əliyeva festivalla bağlı təəssüratlarını bölüşüb. Leyla Əliyeva “Jara” festivalının tamaşaçılara əsl bayram ab-havası yaşatdığını söyləyib. “Əfsuslar olsun ki, bu gün festivalın son günüdür. Burada böyük sevgi, məhəbbət və bayram əhval-ruhiyyəsi var. Çox şadam ki, builki festival da böyük uğurla başa çatır. Bol musiqi, sevgi, əyləncə isti münasibətlərbütün bunlar insanları bir-birinə daha doğma edir. İnanıram ki, növbətiJara”da da bugünkü səmimiyyəti, hərarəti görə biləcəyik. Hər kəsə uğurlar arzulayıram”, - deyə Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib.

Xalq artisti Emin Ağalarov festivalın sonuncu günü səhnəyə məşhur gənc musiqiçilərin çıxacağını söyləyib onların ifalarının tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini ifadə edib. O vurğulayıb ki, festivalın sonuncu günü çox təmtəraqlı keçir. Bu gün festivalın ən hərarətli günüdür. Bütün iştirakçılara təşəkkürümü bildirirəm hər kəsi doğmaJarafestivalında görməkdən çox şadam. Bugünkü konserti Timati bağlayacaq. Bu da çox möhtəşəm olacaq”, - deyə Emin Ağalarov qeyd edib.

Sonra məşhur ifaçılar qruplar Emin, Timati, Nazima, TERNOVOY, Doni, Mişa Marvin, Klava Koka, Natan, Qriqori Leps, Ciqan, MOLLY, Loboda, HammAli i Navai, CYGO, Mari Kraymbreri, Rauf, Faiq, ZOMB, Nyuşa, Lyubov Uspenskaya, Rasa, Kosmos Girls, Elvin Qrey, Ellai, MOT, Aısel, Asammuell, Babək Məmmədrzayev, Samra, Fika, İsayya, Evqeniya Mayer, Velvet, Aleksandr Panayotov, Slava, Yuliya Kovalçuk, JONY, Elman, Andro, Gemini, Alessandra, Anna Sedokova, Timur Rodriqez, TEREZA Serebro da qırmızı xalıdan keçərək fikirlərini jurnalistlərlə bölüşüblər.

 

Azərbaycan.- 2019.-30 iyul.- S.5.